"Şimali Kipr, bizə görə Türk Dövlətləri Təşkilatının (TDT) tamhüquqlu üzvüdür. Bu məsələdə Azərbaycanın münasibəti də bizimlə eynidir".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə yola düşməzdən əvvəl Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında deyib.
O, TDT-nin Şuşada keçirilən iclasında təmsil olunduğunu xatırladıb.
"Növbəti mərhələ Şimali Kipri tamhüquqlu üzv kimi rəsmiləşdirmə yönündə işlərdir. Türk dövlətləri ilə bu məsələ müzakirə olunur. Şimali Kiprin Prezidenti Ersin Tatarın o dövlətlərin rəhbərləri ilə münasibətlərini inkişaf etdiririk", - deyə Türkiyənin dövlət başçısı bildirib.
Qeyd edək ki, R.T.Ərdoğan NATO ölkələrinin dövlət və hökumət başçılarının sammitində iştirak etmək məqsədilə ABŞ-yə gedir.