Pakistan səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:42 Yaradıcı, inamlı, xarizmatik... - Ən uğurlu 5 BÜRC  |     19:33 İmişlinin iki yaşayış məntəqəsində qaz kəsiləcək  |     19:25 2024-cü ildə quqlda ən çox onları axtardılar  |     19:18 Mahmud Qurbanov: "Juninyonun gedişi Azərbaycan futbolu üçün müsbət haldır"  |     19:07 Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK açıqlama  |     18:45 Yeni COVID epidemiyası başladı: təhlükəlidir  |     18:33 Pakistanda nəzarət-buraxılış məntəqəsi terrorçuların əlinə keçdi: Ölənlər və yaralananlar var  |     18:21 Pentaqon yeni uzaqmənzilli raketləri sınaqdan keçirib: Ukraynada tətbiq ediləcək?  |     18:18 Xaçmaza yeni polis rəisi təyin olunub  |     17:42 Zelenski Ukraynanın bəzi səfirlərini və BMT-dəki daimi nümayəndəsini işdən azad edib  |     17:00 Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb - FOTO  |     16:53 Türkiyə vətəndaşı Azərbaycanda öldü  |     16:50 AYNA Bakıda avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanlarını quraşdırmağa başlayıb  |     16:14 DİN-in əməkdaşı kikboksinq üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb  |     14:44 Qazaxda 43 yaşlı piyadanı avtomobil vurub, vəziyyəti ağırdır  |     14:38 Azərbaycanda qaraciyər köçürülən aktyor vəfat etdi  |     14:29 Yağsız məhsullar: İstehlakçılar üçün kalorili tələ  |     14:12 Dünyada ilk dəfə qadının iştirakı olmadan yetişən uşaq dünyaya gəlib  |     14:07 Yeni "Mumiya" filminin nümayiş tarixi məlum oldu  |     14:02 Günəşdə iki güclü partlayış baş verib  |    

Pakistan səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatdı

Xarici işlər naziri Ceyhun Bayramov Pakistanın Azərbaycandakı səfiri Bilal Hayeni ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistan arasında mövcud strateji tərəfdaşlıq gündəliyi, Pakistana son rəsmi səfərdən irəli gələn məsələlər və gələcək planlar müzakirə olunub.

Ölkəmizdə diplomatik fəaliyyəti zamanı Azərbaycan-Pakistan münasibətlərinin inkişafı istiqamətində göstərdiyi hərtərəfli səylər və peşəkarlığa görə səfir Bilal Hayeyə təşəkkür edilib, ona bundan sonrakı fəaliyyətində uğurlar arzulanıb.

C.Bayramov səfirin Azərbaycanda diplomatik fəaliyyətinə başladığı dövrün keçmiş münaqişə və Ermənistanın işğalına son qoyulması ilə nəticələnən 44 günlük Vətən müharibəsinə təsadüf etdiyini qeyd edərək, Pakistan tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı mənəvi və siyasi dəstəyə görə təşəkkür edib.

Cari ildə Pakistana edilmiş rəsmi səfər çərçivəsində keçirilmiş görüşlərin, habelə strateji tərəfdaşlıq münasibətlərimiz ətrafında aparılan geniş fikir mübadilələrinin məmnunluq doğurduğu, əməkdaşlığımızın inkişafı üçün mövcud perspektivlərdən istifadənin zəruriliyi qeyd edilib.

Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH), İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) kimi bir sıra regional və beynəlxalq təşkilatlar daxil olmaqla, çoxtərəfli formatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti qeyd edilib. Pakistanın 2025-2026-cı illər üzrə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi münasibətilə təbriklər diqqətə çatdırılıb.

Səfir Bilal Haye ölkəmiz üçün olduqca taleyüklü bir dövrdə Pakistanın Azərbaycandakı səfiri kimi fəaliyyət göstərməsindən qürur duyduğunu, bundan sonra da iki ölkə arasında münasibətlərin daha da inkişafına ümidvar olduğunu diqqətə çatdırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            294 02.07.24 16:20