Bu gündən deputatlığa namizədliklər irəli sürülə bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:50 Azərbaycanda müstəntiq faciəli şəkildə HƏLAK OLDU  |     19:42 Yaradıcı, inamlı, xarizmatik... - Ən uğurlu 5 BÜRC  |     19:33 İmişlinin iki yaşayış məntəqəsində qaz kəsiləcək  |     19:25 2024-cü ildə quqlda ən çox onları axtardılar  |     19:18 Mahmud Qurbanov: "Juninyonun gedişi Azərbaycan futbolu üçün müsbət haldır"  |     19:07 Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK açıqlama  |     18:45 Yeni COVID epidemiyası başladı: təhlükəlidir  |     18:33 Pakistanda nəzarət-buraxılış məntəqəsi terrorçuların əlinə keçdi: Ölənlər və yaralananlar var  |     18:21 Pentaqon yeni uzaqmənzilli raketləri sınaqdan keçirib: Ukraynada tətbiq ediləcək?  |     18:18 Xaçmaza yeni polis rəisi təyin olunub  |     17:42 Zelenski Ukraynanın bəzi səfirlərini və BMT-dəki daimi nümayəndəsini işdən azad edib  |     17:00 Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb - FOTO  |     16:53 Türkiyə vətəndaşı Azərbaycanda öldü  |     16:50 AYNA Bakıda avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanlarını quraşdırmağa başlayıb  |     16:14 DİN-in əməkdaşı kikboksinq üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb  |     14:44 Qazaxda 43 yaşlı piyadanı avtomobil vurub, vəziyyəti ağırdır  |     14:38 Azərbaycanda qaraciyər köçürülən aktyor vəfat etdi  |     14:29 Yağsız məhsullar: İstehlakçılar üçün kalorili tələ  |     14:12 Dünyada ilk dəfə qadının iştirakı olmadan yetişən uşaq dünyaya gəlib  |     14:07 Yeni "Mumiya" filminin nümayiş tarixi məlum oldu  |    

Bu gündən deputatlığa namizədliklər irəli sürülə bilər

Milli Məclisinə növbədənkənar seçki ilə əlaqədar bu gündən passiv seçki hüququ olan vətəndaşlar öz təşəbbüsləri ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsinə başlaya bilər.

APA-nın xəbərinə görə, Seçki Məcəlləsinin 8.1, 146.1 və 146.4-cü maddələrinə əsasən, seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı rəsmi dərc olunduqdan sonra passiv seçki hüququ olan vətəndaşlar öz təşəbbüsləri ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsinə başlaya bilər.

Seçki Məcəlləsinin 53.6 və 54.9-cu maddələrinə əsasən, namizədliyin irəli sürülməsini təsdiq edən qərar qəbul edildiyi gündən başlayaraq dairə seçki komissiyaları namizədə və ya onun səlahiyyətli nümayəndəsinə, habelə siyasi partiyanın və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə imza vərəqələri verir. Seçki Məcəlləsinin 56, 57 və 147-ci maddələrinə görə, Azərbaycan Respublikasının 18 yaşına çatmış aktiv seçki hüququna malik vətəndaşı, namizəd, siyasi partiya, siyasi partiyaların bloku dairə seçki komissiyasının deputatlığa namizədliyin irəli sürülməsini təsdiq edən qərarından sonra namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanmasına başlayır.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 28-də "Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkinin təyin edilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Məclisə növbədənkənar seçki 2024-cü il sentyabrın 1-nə təyin edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            459 29.06.24 14:00