"ABŞ Azərbaycanı NATO sammitinə dəvət edib".
Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O"Brayen jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Diplomat bildirib ki, ABŞ Azərbaycan və Ermənistanı Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində tərəfdaşların toplantısına dəvət edib.
Qeyd edək ki, NATO-nun Vaşinqton sammiti 9-11 iyul tarixlərində keçiriləcək.