Vətəndaş cəmiyyəti və icma təşkilatları COP29 prosesinin daha inklüziv olmasında, effektiv və ədalətli qərarların qəbul edilməsinin təşviqində mühüm rol oynayır.
Bunu COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva Zəngilanda keçirilən “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda 29-cu yüksək səviyyəli görüşdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, onların iştirakı COP29-un daha şəffaf, eyni zamanda, təsirli nəticələrinə töhfə verəcək:
“Cəmiyyətin üzvləri olaraq biz COP29 Təşkilat Komitəsinə daxilik və vətəndaş cəmiyyətinin maraqlarını ön plana çıxarmağa, iqlim dəyişikliyindən ən çox təsirlənənlərin ehtiyaclarının dinlənilməsini və həll olunmasını təmin etməyə sadiqik. Vətəndaş cəmiyyəti olaraq biz bütün maraqlı tərəfləri COP29-a hazırlıq zamanı prioritetləşdirməyə və regionda sağlam ekosistemin yaradılmasına töhfə verməyə dəvət edirik”.