Hikmət Hacıyev NATO-da bir sıra görüşlər keçirib » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:00 Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb - FOTO  |     16:53 Türkiyə vətəndaşı Azərbaycanda öldü  |     16:50 AYNA Bakıda avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanlarını quraşdırmağa başlayıb  |     16:14 DİN-in əməkdaşı kikboksinq üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb  |     14:44 Qazaxda 43 yaşlı piyadanı avtomobil vurub, vəziyyəti ağırdır  |     14:38 Azərbaycanda qaraciyər köçürülən aktyor vəfat etdi  |     14:29 Yağsız məhsullar: İstehlakçılar üçün kalorili tələ  |     14:12 Dünyada ilk dəfə qadının iştirakı olmadan yetişən uşaq dünyaya gəlib  |     14:07 Yeni "Mumiya" filminin nümayiş tarixi məlum oldu  |     14:02 Günəşdə iki güclü partlayış baş verib  |     13:57 Gəncədə təmirli məktəbin istiliyi niyə yoxdur?  |     13:56 "Turan Tovuz" klubunun insult keçirən baş menecerinin SON VƏZİYYƏTİ  |     13:48 Azərbaycana QIŞ GƏLDİ  |     13:44 Birdəfəyə 50 min manatı getdi: Gizli kodlarla kim maraqlanır?  |     13:24 2 yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı  |     13:12 Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi  |     23:04 Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb  |     22:48 Bakı bulvarında batma təhlükəsi olan şəxs xilas edilib  |     22:40 Sabah arabir yağış yağacaq - Şənbə gününün HAVASI  |     22:35 Azərbaycan Ağırlıqqaldırma Federasiyası idmançının dopinqə görə diskvalifikasiya olunmasına münasibət bildirib  |    

Hikmət Hacıyev NATO-da bir sıra görüşlər keçirib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 12-13 iyun 2024-cü il tarixlərində Belçikada səfərdə olub.

Median.Az 
Azərbaycanın NATO-dakı nümayəndəliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində Hikmət Hacıyev NATO mənzil-qərargahında müttəfiq dövlətlərin iştirakı ilə "NATO+Azərbaycan” formatında siyasi dialoqda iştirak edib.

İclas zamanı Hikmət Hacıyev müttəfiqlərlə Azərbaycan-NATO tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, ölkəmizin regional nəqliyyat bağlantıları və Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rolu, COP29-a hazırlıq prosesi, Azərbaycanın iqlim və yaşıl həmrəylik gündəliyi, eyni zamanda Ermənistanla normallaşma prosesi və sülh gündəliyinin irəlilədilməsi ətrafında müzakirələr aparıb.

Müttəfiqlər Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək bildirib və NATO-nun etibarlı tərəfdaşı olaraq Azərbaycanın Alyansla tərəfdaşlığı yüksək qiymətləndirilib, habelə NATO-nun missiya və əməliyyatlarına töhfələri, Ukraynaya göstərdiyi humanitar dəstəyi təqdir edilib.

Eyni zamanda, Azərbaycanın regional nəqliyyat bağlantılarında və Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rolu vurğulanıb, ölkəmizin yaşıl enerjiyə keçid və iqlim dəyişikliyinə qarşı mübarizədə səyləri alqışlanaraq COP29-a sədrliyinə dəstək ifadə olunub. Müttəfiqlər yekdilliklə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə və sülh gündəliyinə dəstək bildirərək iki ölkə arasında dövlət sərhədinin delimitasiyasına dair əldə olunan son razılaşmanı alqışlayıb.

Səfər çərçivəsində Hikmət Hacıyev, həmçinin NATO Baş katibinin İnnovasiya, Hibrid və Kiber üzrə köməkçisinin müavini Ceyms Appaturay, NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina və Türkiyənin NATO yanında daimi nümayəndəsi Zeki Levent Gümrükçü ilə görüş keçirib.

Qeyd edək ki, bu il Azərbaycan-NATO tərəfdaşlığının əsasını təşkil edən Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanmasının 30-cu ildönümü tamam olur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            309 13.06.24 17:22