Ermənistanın qanunsuz dağ-mədən fəaliyyətini ifşa edən xəritə hazırlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Ermənistanın qanunsuz dağ-mədən fəaliyyətini ifşa edən xəritə hazırlandı

Ermənistanın qanunsuz dağ-mədən fəaliyyətini ifşa edən xəritə hazırlanıb.

“Report” xəbər verir ki, Ermənistanın qanunsuz dağ-mədən sənayesi əleyhinə mübarizə aparan QHT-ləri birləşdirən “Environmental Protection First” Koalisiyası bu gün Bakı Biznes Mərkəzində “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritəni ictimaiyyətə təqdim edib.

Xəritəni Koalisiyaya daxil olan “Azərbaycan Kartoqrafları” İctimai Birliyi 3 dildə - Azərbaycan, ingilis və erməni dillərində hazırlayıb. Xəritənin müəllifi kartoqrafiya sahəsində 43 illik iş təcrübəsinə malik mühəndis-kartoqraf, Bakı Kartoqrafiya Fabrikinin sabiq direktoru, “Azərbaycan Respublikasının Milli Atlası”nı, “Cənubi Qafqaz. 1903-cü il”, “Qafqaz diyarının xəritəsi - Tiflis 1847-ci il” xəritələrini tərtib edən kartoqraf qruplarının rəhbəri, “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramovdur. O, 2020-ci ildə ətraf mühitin mühafizəsi sahəsində xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

Xəritə Ermənistanın dağ-mədən sənayesi fəaliyyətinin mənfi ekoloji təsirlərini ifşa etmək üçün mühüm məlumatları özündə toplayıb. Xəritədən aydın görünür ki, Ermənistan bilərəkdən ətraf mühitə ən çox zərər vuran dağ-mədən sənayesi müəssisələrini əsasən Qərbi Zəngəzur bölgəsinə - Azərbaycanla həmsərhəd, transsərhəd çaylara yaxın ərazilərə cəmləşdirib.

“Environmental Protection First” Koalisiyası bəyan edib ki, Ermənistanın və digər xarici ölkələrin ekologiya və səhiyyə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları, beynəlxalq qurumlarla birgə Ermənistanın dağ-mədən müəssisələrində ekoloji monitorinqlər aparmağa hazırdır.

Qeyd edək ki, “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin mühüm mövzuya həsr olunmuş kartoqrafik əsər layihəsinin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            426 16.05.24 12:33