Müdafiə naziri: “Azərbaycan Ordusu regionda sülhün bərqərar olmasına zəmin yaradıb” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Yeni ilin yeni un qiymətləri  |     22:29 "Şuşa" restoranının sökülməsinə aydınlıq gətirilib  |     22:16 Belarus Ukrayna ilə sərhədə qoşun yığdı  |     21:54 AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır  |     21:39 Zaqatalada daha bir azyaşlı ÖLDÜ  |     20:50 Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artması hansı effekti verəcək? (AÇIQLAMA)  |     20:31 Kevin De Bruyne ABŞ klubuna keçməyə yaxındır  |     20:02 Azərbaycanda axtarışda olan hindistanlı Monakoya təhvil verildi  |     20:00 Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə - YENİ QAYDALAR  |     19:40 Gürcüstanda matəm elan edildi  |     19:06 Zəngilanın Cahangirbəyli kəndində bu işlərə 18,7 milyon manat ayrıldı  |     18:49 Gəncədə 39 yaşlı qadın dərmandan zəhərlənib  |     18:38 "Formula 1" Belçika Qran-prisi ilə müqavilənin müddətini uzadıb  |     18:32 Mirzoyan: Aİ missiyası Ermənistan üçün vacib və zəruridir  |     18:17 Vüqar Həşimovun atası II Fəxri xiyabanda dəfn olunacaq  |     17:58 Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib  |     17:41 Nazir 16 il rəis işləyən polkovniki işdən çıxardı  |     17:21 Astma xəstələri preparat tapa bilmir - VİDEO  |     17:10 Ramazan ayında Qədr gecələrinin vaxtları məlum oldu  |     16:40 Azərbaycanda təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqləndi  |    

Müdafiə naziri: “Azərbaycan Ordusu regionda sülhün bərqərar olmasına zəmin yaradıb”

Dekabrın 9-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2023-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin (MN) Kollegiya iclası keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iclasda nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə, xidmət və müstəqil şöbə rəisləri, videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra nazirliyin rəhbər heyəti geniş məruzələrlə çıxış edib.

Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, qoşun xidmətinin təşkili və aparılması geniş təhlil edilib.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən 2023-cü il ərzində ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən, həmçinin şəxsi heyətin döyüş qabiliyyətinin yüksəldilməsi və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıblar.

Azərbaycan Ordusunun cari il ərzində xidməti-döyüş fəaliyyətinin təhlili zamanı təlimlərin qoşunların döyüş qabiliyyətinin, eyni zamanda şəxsi heyətin peşəkarlığının artırılmasına müsbət təsir göstərdiyi bildirilib.

Qoşunların imkan və qabiliyyətlərinin yüksəldilməsi, əməliyyat və döyüş hazırlığı, kəşfiyyat xidməti, peşəkar kadrlarla komplektləşdirilməsi və digər sahələrdə əldə edilən nailiyyətlər diqqətə çatdırılıb.

Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində Azərbaycan Ordusunda aparılan islahatlar nəticəsində 2023-cü il ərzində hərbi-texniki, hərbi təhsil, hərbi tibb və digər sahələrdə qazanılan uğurlar, həmçinin növbəti ildə planlaşdırılan tədbirlər iştirakçıların diqqətinə çatdırılıb.

Azad edilmiş ərazilərdə görülən mühəndis tədbirləri barədə məruzələr dinlənilib. Qeyd olunub ki, görülən tədbirlər nəticəsində kommunikasiya xətlərinin bərpası, yeni təminat yollarının çəkilməsi, eləcə də ərazilərin müəyyən hissəsinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər həyata keçirilib. Bu istiqamətdə görülən işlərin növbəti ildə də davam etdiriləcəyi vurğulanıb.

Kollegiya iclasında, həmçinin Ordumuzun müasir tələblərə cavab verən silah və texnika ilə təchizatı, azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə aparılan quruculuq işləri, yeni istifadəyə verilən hərbi infrastruktur obyektləri, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində cari ildə icra edilən fəaliyyətlər barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, digər illərdə olduğu kimi 2023-cü il ərzində də qoşunların, o cümlədən dağlıq ərazilərdə, sərt iqlim şəraitində xidmət aparan bölmələrin bütün növ təminatı müvafiq normalara uyğun həyata keçirilib, zəruri ehtiyatlar yaradılıb.

İclasda postmüharibə dövründə olan Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olduğu bildirilib, hərbi intizam pozuntusu, eləcə də digər neqativ halların əvvəlki illərə nisbətən xeyli azaldığı xüsusi vurğulanıb. Ordumuzda mövcud nizam-intizam göstəricilərinin bir çox qabaqcıl xarici ölkələrin silahlı qüvvələrindən də yüksək olduğu qeyd edilib.

Aylıq vəzifə maaşlarının artırılması və digər islahatları əhatə edən yeni qanun layihələrinin hərbi qulluqçuların peşəkarlığının, həmçinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edəcəyi əminliklə ifadə olunub.

İclasın yekununda çıxış edən general-polkovnik Z.Həsənov Ali Baş Komandan tərəfindən 2024-cü il üzrə Azərbaycan Ordusu qarşısında qoyulan tapşırıqları kollegiya iştirakçılarına çatdırıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 272 09.12.23 14:55