“Dəmir yumruq”u öpmək istəyən xanəndə danışdı (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:59 SON DƏQİQƏ: Səhiyyə Nazirliyində əməliyyat keçirilir - SAXLANILANLAR VAR (FOTO)  |     19:17 Bakıda obyektdə yanğın baş verib  |     18:15 İran XİN ölkə vətəndaşlarına Suriyaya səfərlə bağlı xəbərdarlıq etdi  |     17:44 Sloveniya İsrailin "Avroviziya"dan çıxarılmasını tələb etdi  |     17:24 Aleksandr Lukaşenko yeddinci dəfə prezidentliyə namizəd oldu  |     16:37 Rusiyaya getmək istəyənlərə MÜRACİƏT: Gələn ildən yeni qaydalar qüvvəyə minəcək  |     16:33 Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib  |     16:32 Rusiya ordusu Donbasda strateji yaşayış yerini nəzarətə götürüb  |     15:58 Qayınatasıgilin 50 gün öncə öldüyü evdə intihar edibmiş  |     15:46 Masallıda yanğın: Xəsarət alan var  |     15:07 Valentina Matviyenko İlham Əliyevi təbrik edib  |     14:57 Pirotexniki vasitələrin satışını təşkil edən 11 nəfər saxlanılıb  |     14:52 Gürcüstan XİN: "Salome Zurabişvili tamamilə nəzarətsiz hərəkət edir"  |     14:05 Bakıda mənzildən çürümüş meyit tapıldı  |     12:55 Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin siyahısı  |     12:33 Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək  |     12:17 Cənubi Koreyada hərbi bazada güclü partlayış - Xəsarət alanlar var  |     12:15 Pezeşkian internet məhdudiyyəti ilə bağlı vədini yerinə yetirmir  |     11:37 Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış  |     11:30 Bu həftə ardıcıl 7 gün iş olacaq  |    

“Dəmir yumruq”u öpmək istəyən xanəndə danışdı (VİDEO)

Prezident İlham Əliyevin Cəbrayıla dünənki səfəri bir sıra məqamlarla yadda qalıb. Dövlət başçısı Cəbrayıldan olan ictimaiyyət nümayəndələri ilə görüşərkən Əməkdar artist Yaqut Abdullayeva çıxış edib

Xanəndə 44 günlük Vətən müharibəsindən sonra bir arzusu olduğunu - "Dəmir yumruq"u öpmək istədiyini dilə gətirib.

Daha sonra Y.Abdullayeva Prezidentə yaxınlaşıb və dövlət başçısı onunla görüşüb, lakin əlindən öpməyə icazə verməyib.

Yaqut Abdullayeva görüş təəssüratlarını Modern.az-la bölüşərkən doğma torpağa ayaq basmağın sözlə ifadə olunmayacaq bir hiss olduğunu vurğulayıb:

"Təəssüratlarım elə görüntülərdəki kimidir. Bizim Prezidentimiz çox səmimi, sadə insandır. O anları yaşadığım, Cəbrayıla getmək arzum həyata keçdiyi üçün özümü dünyanın ən xoşbəxt insanı hesab edirəm. Torpağıma ayaq basdım, el-obamı gördüm. Prezidentimiz bizlə o qədər səmimi davrandı ki, mən inanmıram dünyada onun kimi insan, dövlət başçısı olsun.

Millətimiz kimi millət, rəhbərimiz kimi rəhbər, dövlətimiz kimi dövlət yoxdur. Yetər ki, biz özümüzün qədrini bilək, dəyər verək. Ayağım torpağıma dəyibsə, yaşadığım hisslər sözlə ifadə oluna bilməz. Allahıma sonsuz təşəkkür edirəm ki, bu xoşbəxtliyi mənə yaşatdı”.

Xatırladaq ki, "Dəmir yumruq" Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək işğal altındakı torpaqların azad edilməsi uğrunda apardığı döyüş əməliyyatlarının adı olub.

Qeyd edək ki, Yaqut Abdullayeva 1954-cü ildə Cəbrayıl şəhərinin Yarəhmədli məhəlləsində anadan olub. Sənətə doğru ilk addımını Cəbrayıldakı M.Qorki (indiki akademik M.Mehdizadə) adına 1 saylı şəhər orta məktəbinin 6-cı sinifdə oxuduğu zaman atıb.

1971-ci ilə Cəbrayıl rayon Mədəniyyət evinin "Çinar” ansamblının solisti kimi ilk dəfə televiziyada çıxış edib, "Ay bülbüllər” xalq mahnısını oxuyub.

1973-cü ilin yayında Bakıda İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə daxil olub. Sonra "Xatirə” xalq çalğı alətləri ansamblının solisti sırasına qəbul edilib.

1982-86-cı illərdə Opera və Balet Teatrında fəaliyyət göstərib. Burada "Leyli və Məcnun"da Leyli obrazını yaradıb, "Şah İsmayıl"da Ərəbzənginin, "Gəlin qayası"nda Sənəmin partiyalarını ifa edib.

Azərbaycan Televiziyasının fondunda bir neçə solo konsertinin, radioda isə ifa etdiyi 150-dən artıq xalq mahnısının, təsnif və muğamın lent yazıları saxlanır.

1973-cü ildən məşhur tarzən, Xalq artisti Əhsən Dadaşovun adını daşıyan xalq çalğı alətləri ansamblının solistidir. 2005-ci ildə diski buraxılıb.

1978-ci ildən, yəni Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən vaxtdan həmin təhsil müəssisəinin Vokal kafedrasında çalışır. Universitetin dosenti tələbələrə muğam və xalq mahnıları fənnindən dərs deyir. Azərbaycan Respublikasının Əməkdar artistidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            543 05.10.21 22:06