Azərbaycanın Xarici İşlər Nazirliyi Çini Milli Gün münasibətilə təbrik edib.
Bu barədə “Report” Azərbaycan XİN-in rəsmi tviter səhifəsinə istinadən xəbər verir.
"Milli Gün münasibətilə Çin Xalq Respublikasına səmimi təbriklərimizi çatdırırıq. Dost Çin xalqına və hökumətinə əmin-amanlıq və sülh arzu edirik. Müstəqillik günün mübarək, Çin!", - paylaşımda deyilir.