Anım Günü Polşa mətbuatında » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 “TikTok”dakı yarışa görə saxlanıldılar - Aralarında Azər Zahid də var  |     22:35 İlin ən yaxşı milli məşqçisi bəlli oldu  |     22:07 Bakıda yarımtikili uçub, ölən var  |     20:41 Bakıda vəzifəli şəxsin hamamda MEYİTİ TAPILDI  |     19:59 SON DƏQİQƏ: Səhiyyə Nazirliyində əməliyyat keçirilir - SAXLANILANLAR VAR (FOTO)  |     19:17 Bakıda obyektdə yanğın baş verib  |     18:15 İran XİN ölkə vətəndaşlarına Suriyaya səfərlə bağlı xəbərdarlıq etdi  |     17:44 Sloveniya İsrailin "Avroviziya"dan çıxarılmasını tələb etdi  |     17:24 Aleksandr Lukaşenko yeddinci dəfə prezidentliyə namizəd oldu  |     16:37 Rusiyaya getmək istəyənlərə MÜRACİƏT: Gələn ildən yeni qaydalar qüvvəyə minəcək  |     16:33 Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib  |     16:32 Rusiya ordusu Donbasda strateji yaşayış yerini nəzarətə götürüb  |     15:58 Qayınatasıgilin 50 gün öncə öldüyü evdə intihar edibmiş  |     15:46 Masallıda yanğın: Xəsarət alan var  |     15:07 Valentina Matviyenko İlham Əliyevi təbrik edib  |     14:57 Pirotexniki vasitələrin satışını təşkil edən 11 nəfər saxlanılıb  |     14:52 Gürcüstan XİN: "Salome Zurabişvili tamamilə nəzarətsiz hərəkət edir"  |     14:05 Bakıda mənzildən çürümüş meyit tapıldı  |     12:55 Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin siyahısı  |     12:33 Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək  |    

Anım Günü Polşa mətbuatında

Polşanın “Trybuna.info” xəbər saytında Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərlinin “27 sentyabr – Anım Günü” sərlövhəli məqaləsi yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, məqalədə nəzərə çatdırılıb ki, hər bir dövlətin ərazi bütövlüyü toxunulmazdır və bunu bütün bəşəriyyət bilir.

“Təəssüf ki, hələ də qonşularının ərazi bütövlüyünə hörmət etməyən, suveren ərazisi ilə kifayətlənməyən və daim qonşularına ərazi iddiaları irəli sürən dövlətlər var. Azərbaycan da belə bir qonşu ilə qarşılaşdı”, - məqalədə qeyd edilib.

Müəllif son 30 ilə yaxın dönəmdə Ermənistanın qonşu Azərbaycan dövlətinə qarşı yürütdüyü işğalçı və təcavüzkar siyasətinin tarixi, BMT-nin qətnamələrinə baxmayaraq, işğal etdiyi Qarabağ bölgəsini tərk etməkdən imtinası, 2020-ci ildə bir sıra hərbi təxribatlara yol verərək 44 günlük Vətən müharibəsinə səbəb olduğu və sair barədə müfəssəl məlumat verib.

Qeyd edilib ki, işğal olunmuş torpaqlarımız şəhid olmuş qəhrəmanlarımızın, əsgər və zabitlərimizin qanı və canı bahasına azad edilib. “Azərbaycan hər zaman oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərin ruhuna və xatirəsinə hörmət edir. Hər il sentyabrın 27-də Azərbaycan Respublikasında ölkəmizin ərazi bütövlüyü naminə canlarından keçən, azad edilmiş torpaqlarımızda Azərbaycan bayrağını ucaldan əsgər və zabitlərimizin şərəfinə Anım Günü qeyd olunacaq”, - deyə müəllif vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            531 27.09.21 23:17