İqor Korotçenko: “Bir il əvvəl Ermənistan birinci genişmiqyaslı zərbə ilə Azərbaycan ərazisinə hücum etdi” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 “TikTok”dakı yarışa görə saxlanıldılar - Aralarında Azər Zahid də var  |     22:35 İlin ən yaxşı milli məşqçisi bəlli oldu  |     22:07 Bakıda yarımtikili uçub, ölən var  |     20:41 Bakıda vəzifəli şəxsin hamamda MEYİTİ TAPILDI  |     19:59 SON DƏQİQƏ: Səhiyyə Nazirliyində əməliyyat keçirilir - SAXLANILANLAR VAR (FOTO)  |     19:17 Bakıda obyektdə yanğın baş verib  |     18:15 İran XİN ölkə vətəndaşlarına Suriyaya səfərlə bağlı xəbərdarlıq etdi  |     17:44 Sloveniya İsrailin "Avroviziya"dan çıxarılmasını tələb etdi  |     17:24 Aleksandr Lukaşenko yeddinci dəfə prezidentliyə namizəd oldu  |     16:37 Rusiyaya getmək istəyənlərə MÜRACİƏT: Gələn ildən yeni qaydalar qüvvəyə minəcək  |     16:33 Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib  |     16:32 Rusiya ordusu Donbasda strateji yaşayış yerini nəzarətə götürüb  |     15:58 Qayınatasıgilin 50 gün öncə öldüyü evdə intihar edibmiş  |     15:46 Masallıda yanğın: Xəsarət alan var  |     15:07 Valentina Matviyenko İlham Əliyevi təbrik edib  |     14:57 Pirotexniki vasitələrin satışını təşkil edən 11 nəfər saxlanılıb  |     14:52 Gürcüstan XİN: "Salome Zurabişvili tamamilə nəzarətsiz hərəkət edir"  |     14:05 Bakıda mənzildən çürümüş meyit tapıldı  |     12:55 Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin siyahısı  |     12:33 Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək  |    

İqor Korotçenko: “Bir il əvvəl Ermənistan birinci genişmiqyaslı zərbə ilə Azərbaycan ərazisinə hücum etdi”

“Azı üç məlumatlı və yüksək rütbəli mənbədən (azərbaycanlı deyil!) mənə bildirilib ki, 2020-ci il sentyabrın 27-si məhz Ermənistan Silahlı Qüvvələri bədnam “Tonoyan doktrinası”nı işə salaraq artilleriya, reaktiv yaylım atəşi sistemlərindən istifadə etdi və Azərbaycan ərazisinə genişmiqyaslı zərbə endirdi”.

Bu barədə Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko özünün “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, bu təxribatın planı Ermənistanın müdafiə naziri David Tonoyan tərəfindən 2020-ci ilin avqustunda hazırlanıb və təsdiqlənib.

“İrəvanda, Ermənistan tərəfinin başladığı qarşılıqlı “atışmaların” beş-altı gün davam edəcəyi, bununla da sona çatacağı, Ermənistanın isə bir daha “cəsarətli şücaət və güc” nümayiş etdirəcəyi düşünülürdü. “Qopnik”lər (quldurlar - red.) qorxutmaq istəyəndə belə edirlər.

Ermənistan Azərbaycanı “tonusda” saxlamaq istəyirdi. Bakı buna cavab olaraq təxribatçının tam cəzalandırılması barədə qərar qəbul etdi – “Dəmir yumruq” əks-hücum əməliyyatı ən qətiyyətli hədəflərlə başladı. Artıq beşinci gün Ermənistan Müdafiə Nazirliyi qoşunların mərkəzləşdirilmiş idarəetməsini itirdi. 44 gündən sonra Ermənistan ordusu darmadağın edildi, İrəvan kapitulyasiya etdi”, - deyə İ.Korotçenko sözlərini yekunlaşdırıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            939 27.09.21 12:23