Azərbaycan Ermənistandan digər beynəlxalq və milli məhkəmələrə də şikayət edəcək.
Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev özünün tvitterdəki hesabında yazıb.
"Azərbaycan ərazisində cinayət, qanunsuz və ayrı-seçkilik hərəkətlərinə görə Ermənistana, ayrı-ayrı şəxslərə və şirkətlərə qarşı beynəlxalq və milli məhkəmələrdə də vəsatət qaldırılacaq", - paylaşımda deyilir.
Qeyd edək ki, Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib.