Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Qətər Dövlətinin mədəniyyət və idman naziri Salah bin Qənim Əl-Ali ilə görüşüb.
Görüşdə Azərbaycan və Qətər arasında mədəniyyət və idman sahələrində əməkdaşlıq əlaqələri müzakirə edilib.
Bundan başqa bu sahədə inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.