Ülvi Mehdiyev: “ASAN Xidmət "Baykar Makina" şirkəti ilə araşdırma mərkəzi yaradacaq” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı  |     22:56 Rektor əvəzi Vazeh Əsgərov həm də ADNSU-nun tələbəsidir? - AÇIQLAMA  |     22:46 Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik  |     22:23 "Lukoil"in rəhbəri dəyişdi  |     22:13 Əbdül Xalid təcili xəstəxanaya yerləşdirildi  |     21:58 Azərbaycanla Maldiv arasında bu şəxslər vizadan azad edildilər  |     21:41 ABŞ-də tanınmış aktirsa evində yanaraq öldü - FOTO  |     21:28 İranlı rejissor Fransanın "Fəxri legion" ordenindən imtina edib  |     21:16 Azərbaycanda 65 yaşlı kişidən 10 yaşlı qıza qarşı İYRƏNC HƏRƏKƏT  |     21:03 Nigerin paytaxtında neokolonializmə qarşı aksiya keçirilib  |     20:35 Rusiya və İran arasında 20 il müddətinə tərəfdaşlıq müqaviləsi imzalanır  |     20:14 Plastik cərrahlar efirlərə buraxılmayacaq  |     20:07 Los Ancelesdə yanğınlar zamanı oğurluqla bağlı ilk ittihamlar irəli sürülüb  |     19:55 “Sevilya”nın futbolçusu saxlanıldı  |     19:40 Bakının bu yollarında sıxlıq müşahidə edilir  |     19:36 HƏMAS atəşkəs sazişi layihəsinin şərtlərini qəbul edib  |     19:24 Rusiyada internet çökdü  |     18:50 Fevraldan minimum pensiya bu qədər olacaq  |     18:49 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     18:33 KTMT baş katibi: "ABŞ və Ermənistan tərəfdaşlığı digər ölkələr üçün təhlükə yaratmamalıdır"  |    

Ülvi Mehdiyev: “ASAN Xidmət "Baykar Makina" şirkəti ilə araşdırma mərkəzi yaradacaq”

“Azərbaycanın ASAN xidmət dövlət orqanı olaraq Türkiyənin Texnologiya Fondu ilə saziş imzaladıq. Burada bir neçə ildir “Bilim Türkiyə” adlı layihə həyata keçirilir. “Bilim Türkiyə”nin Azərbaycanda “Bilim Bakı” mərkəzini yaradacağıq”.

“Report” xəbər verir ki, bu sözləri Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Haber Global”a müsahibəsində deyib.

O, qeyd edib ki, Azərbaycan gəncləri həmin mərkəzdə öz proqramlarının yazılması, dronlarının hazırlanması, digər texnoloji təlimlərə cəlb olunacaqlar. Bu da onların gələcəkdə həmin sahədə peşkar biliklərə yiyələnməsinə səbəb olacaq.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə "Baykar Makina" şirkəti ilə əməkdaşlıq protokolu imzalanıb.

“ASAN Xidmət həmin şirkətlə birgə innovasiya, araşdırma, resurs mərkəzi yaradacaq. Orada tədqiqat və araşdırmalar aparılacaq. Hər iki saziş bizim üçün dəyərli və qiymətlidir. Biz qısa müddətdə türk həmkarlarımızla, qardaşlarımızla birgə müasir innovasiyalı araşdırma mərkəzini qurmağı nəzərdə tuturuq”, - deyə Ülvi Mehdiyev bildirib.

O, “Teknofest” festivalının Bakıda keçiriləcəyini əlavə edib: “Bizim nazirliklə Türkiyənin müvafiq nazirliyi arasında danışıqlar gedir. Bakıda belə bir festivalın keçirilməsini planlaşdırırıq. İnanırıq ki, bir millət iki dövlət olaraq, bu sahədə də önəmli addımlar atacağıq”.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            756 22.09.21 22:58