Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının erməni-bolşevik işğalçılarından azad edilməsinin 103-cü ildönümü münasibəti ilə paylaşım edib.
"Dost və qardaş Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin ildönümünü ürəkdən təbrik edir, Qafqaz İslam Ordusu komandanı Nuri Paşanı və onun qəhrəman əsgərlərini rəhmətlə anıram”, - deyə o "Twitter” hesabında yazıb.
Türkiyə lideri Azərbaycan xalqına salamlarını və sevgisini göndərdiyini bildirib.