Ərəb ölkələrinin KİV-lərində “Qarabağ fatehi və onun dəmir yumruğu” sərlövhəli məqalə dərc olunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 “TikTok”dakı yarışa görə saxlanıldılar - Aralarında Azər Zahid də var  |     22:35 İlin ən yaxşı milli məşqçisi bəlli oldu  |     22:07 Bakıda yarımtikili uçub, ölən var  |     20:41 Bakıda vəzifəli şəxsin hamamda MEYİTİ TAPILDI  |     19:59 SON DƏQİQƏ: Səhiyyə Nazirliyində əməliyyat keçirilir - SAXLANILANLAR VAR (FOTO)  |     19:17 Bakıda obyektdə yanğın baş verib  |     18:15 İran XİN ölkə vətəndaşlarına Suriyaya səfərlə bağlı xəbərdarlıq etdi  |     17:44 Sloveniya İsrailin "Avroviziya"dan çıxarılmasını tələb etdi  |     17:24 Aleksandr Lukaşenko yeddinci dəfə prezidentliyə namizəd oldu  |     16:37 Rusiyaya getmək istəyənlərə MÜRACİƏT: Gələn ildən yeni qaydalar qüvvəyə minəcək  |     16:33 Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib  |     16:32 Rusiya ordusu Donbasda strateji yaşayış yerini nəzarətə götürüb  |     15:58 Qayınatasıgilin 50 gün öncə öldüyü evdə intihar edibmiş  |     15:46 Masallıda yanğın: Xəsarət alan var  |     15:07 Valentina Matviyenko İlham Əliyevi təbrik edib  |     14:57 Pirotexniki vasitələrin satışını təşkil edən 11 nəfər saxlanılıb  |     14:52 Gürcüstan XİN: "Salome Zurabişvili tamamilə nəzarətsiz hərəkət edir"  |     14:05 Bakıda mənzildən çürümüş meyit tapıldı  |     12:55 Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin siyahısı  |     12:33 Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək  |    

Ərəb ölkələrinin KİV-lərində “Qarabağ fatehi və onun dəmir yumruğu” sərlövhəli məqalə dərc olunub

"Prezident İlham Əliyev tarixə siyasi arenada və döyüş meydanında Zəfər qazanan görkəmli siyasətçi kimi düşüb".

Bu fikirlər Misirin “Aldiplomasy, “Əl Dövlə”, Əlcəzairin “Əl Hərir”, həmçinin İraq, İordaniya, Küveyt KİV-lərində dərc olunmuş şərqşünas Həşim Məmmədovun “Qarabağ fatehi və onun dəmir yumruğu” sərlövhəli məqaləsində yer alıb.

Müəllif qeyd edib ki, işğalçı Ermənistanla 44 günlük müharibəni Qələbə ilə başa çatdıran Azərbaycan işğaldan azad etdiyi ərazilərində quruculuq işlərinə start verib. Bu şanlı Zəfərin əsas amili isə xalqın və hakimiyyətin birliyidir. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev işğaldan azad olunan rayonlarda Azərbaycan bayrağını qaldırıb, torpaqların düşmən tapdağından qurtulması missiyasının uğurla başa çatdığını, ermənilərin viran qoyduqları şəhər, kənd və qəsəbələrin tezliklə cənnətə çevriləcəyini bəyan edib.

Məqalədə bildirilir ki, müharibə zamanı minlərlə gənc könüllü olaraq torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda döyüşə getməyə can atıb. Onlar inanırdılar ki, hər zaman xalqa arxalandığını söyləyən Ali Baş Komandanın müdrik siyasəti nəticəsində işğal olunan torpaqlarımız geri alınacaq. Azərbaycan Ordusunun şanlı Zəfəri bütün dünyada, o cümlədən İslam aləmində də böyük əks-səda doğurdu.

“İlham Əliyev Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin müdrik siyasətini uğurla davam etdirdi və torpaqların işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmini missiyasını müvəffəqiyyətlə başa çatdırdı”, - yazının sonunda vurğulanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            399 01.09.21 20:28