ISESCO-nun sabiq baş direktoru: “Mehriban Əliyeva ölkəsinin bir çox sahələrdə inkişafında böyük rol oynayır” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 “TikTok”dakı yarışa görə saxlanıldılar - Aralarında Azər Zahid də var  |     22:35 İlin ən yaxşı milli məşqçisi bəlli oldu  |     22:07 Bakıda yarımtikili uçub, ölən var  |     20:41 Bakıda vəzifəli şəxsin hamamda MEYİTİ TAPILDI  |     19:59 SON DƏQİQƏ: Səhiyyə Nazirliyində əməliyyat keçirilir - SAXLANILANLAR VAR (FOTO)  |     19:17 Bakıda obyektdə yanğın baş verib  |     18:15 İran XİN ölkə vətəndaşlarına Suriyaya səfərlə bağlı xəbərdarlıq etdi  |     17:44 Sloveniya İsrailin "Avroviziya"dan çıxarılmasını tələb etdi  |     17:24 Aleksandr Lukaşenko yeddinci dəfə prezidentliyə namizəd oldu  |     16:37 Rusiyaya getmək istəyənlərə MÜRACİƏT: Gələn ildən yeni qaydalar qüvvəyə minəcək  |     16:33 Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib  |     16:32 Rusiya ordusu Donbasda strateji yaşayış yerini nəzarətə götürüb  |     15:58 Qayınatasıgilin 50 gün öncə öldüyü evdə intihar edibmiş  |     15:46 Masallıda yanğın: Xəsarət alan var  |     15:07 Valentina Matviyenko İlham Əliyevi təbrik edib  |     14:57 Pirotexniki vasitələrin satışını təşkil edən 11 nəfər saxlanılıb  |     14:52 Gürcüstan XİN: "Salome Zurabişvili tamamilə nəzarətsiz hərəkət edir"  |     14:05 Bakıda mənzildən çürümüş meyit tapıldı  |     12:55 Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin siyahısı  |     12:33 Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək  |    

ISESCO-nun sabiq baş direktoru: “Mehriban Əliyeva ölkəsinin bir çox sahələrdə inkişafında böyük rol oynayır”

“Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanda millətlərarası və dinlərarası qarşılıqlı anlaşmanın təmin olunması işinə çox vacib töhfə verir”.

Bunu Trend-ə ISESCO-nun sabiq baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tüveycri deyib.

O bildirib ki, Mehriban Əliyevanın millətlərarası və dinlərarası dialoq mövzusunda görüşlərdə, forum və konfranslarda iştirakı, eləcə də müxtəlif etnik və dini qruplara qarşılıqlı anlaşma və dinc birgəyaşayış mühitinin möhkəmləndirilməsi üçün dialoqda iştirak etmək çağırışları bu sahədə işləyən hər kəs, həmçinin geniş ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Sabiq baş direktor qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti öz ölkəsinin bir çox sahələrdə, o cümlədən təhsil, mədəniyyət, ekologiya, sosial sfera kimi sahələrdə inkişafında böyük rol oynayır:

“Mehriban Əliyeva Prezident İlham Əliyevin Azərbaycanın inkişafı və xalqın rifahına nail olmaq işinə dəstək göstərilməsinə sadiqdir. Birinci vitse-prezident dövlət idarəçiliyi sahəsində tam gücü və səmimiyyəti ilə işləyir. Ölkə rəhbərliyinin müdrik siyasəti nəticəsində Azərbaycan müxtəlif sivilizasiyalar və mədəniyyətlər arasında körpüyə və bütün dünyada sülh və təhlükəsizliyin dəstəklənməsi işində hörmət olunan tərəfdaşa çevrilib”.

O, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın cəmiyyətdə qadınların rolunun artırılmasında işini yüksək qiymətləndirib:

“Azərbaycanda qadınlar böyük inkişafa nail olub və cəmiyyətdə mühüm mövqelərdə dayanır. Bu, ölkə rəhbərliyinin müdrik siyasəti olmadan baş verməzdi. Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan qadınlarını inkişaf və rifah yolunda addımlamağa həvəsləndirməklə, onlara ruhlandırıcı nümunə verir”.

ISESCO-nun sabiq baş direktoru Birinci vitse-prezident Mehriban Əliyevanın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin işini dəstəkləməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu, Mərkəzin öz missiyasını daha məhsuldar yerinə yetirməsinə xidmət edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 083 25.08.21 19:09