Bolqarıstan mətbuatı İlham Əliyevin “CNN Türk” telekanalına müsahibəsini geniş işıqlandırıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 “TikTok”dakı yarışa görə saxlanıldılar - Aralarında Azər Zahid də var  |     22:35 İlin ən yaxşı milli məşqçisi bəlli oldu  |     22:07 Bakıda yarımtikili uçub, ölən var  |     20:41 Bakıda vəzifəli şəxsin hamamda MEYİTİ TAPILDI  |     19:59 SON DƏQİQƏ: Səhiyyə Nazirliyində əməliyyat keçirilir - SAXLANILANLAR VAR (FOTO)  |     19:17 Bakıda obyektdə yanğın baş verib  |     18:15 İran XİN ölkə vətəndaşlarına Suriyaya səfərlə bağlı xəbərdarlıq etdi  |     17:44 Sloveniya İsrailin "Avroviziya"dan çıxarılmasını tələb etdi  |     17:24 Aleksandr Lukaşenko yeddinci dəfə prezidentliyə namizəd oldu  |     16:37 Rusiyaya getmək istəyənlərə MÜRACİƏT: Gələn ildən yeni qaydalar qüvvəyə minəcək  |     16:33 Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib  |     16:32 Rusiya ordusu Donbasda strateji yaşayış yerini nəzarətə götürüb  |     15:58 Qayınatasıgilin 50 gün öncə öldüyü evdə intihar edibmiş  |     15:46 Masallıda yanğın: Xəsarət alan var  |     15:07 Valentina Matviyenko İlham Əliyevi təbrik edib  |     14:57 Pirotexniki vasitələrin satışını təşkil edən 11 nəfər saxlanılıb  |     14:52 Gürcüstan XİN: "Salome Zurabişvili tamamilə nəzarətsiz hərəkət edir"  |     14:05 Bakıda mənzildən çürümüş meyit tapıldı  |     12:55 Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin siyahısı  |     12:33 Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək  |    

Bolqarıstan mətbuatı İlham Əliyevin “CNN Türk” telekanalına müsahibəsini geniş işıqlandırıb

Azərbaycan Prezidenti İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi Bolqarıstanın aparıcı kütləvi informasiya vasitələrində, o cümlədən “24 Çasa”, “Trud”, “Standart”, “Duma”, “Kircaali Haber” qəzetləri, Novini 24/7 xəbər portalı, həmçinin “Fokus” və “Cross” xəbər agentlikləri tərəfindən geniş işıqlandırılıb.

“Prezident İlham Əliyev: Azərbaycan öz tarixi torpaqlarını azad etmiş, ərazi bütövlüyünü və ədaləti bərpa etmişdir”, “İlham Əliyev: Zəngəzur koridoru vasitəsilə Ermənistan İran və Rusiya ilə dəmir yolu əlaqələri əldə edəcəkdir”, “İlham Əliyev mina xəritələrinə görə İrəvanı tənqid edir”, “İlham Əliyev: Azərbaycan öz tarixi torpaqlarını azad etmişdir” sərlövhəli məqalələrdə Azərbaycan Prezidentinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını ədalətsizlik və beynəlxalq hüququn norma və prinsiplərinin pozuntusu kimi qiymətləndirdiyi bildirilir.

44 günlük müharibədə Azərbaycanın öz tarixi torpaqlarını işğaldan azad etdiyi və ərazi bütövlüyünü bərpa etdiyi barədə məlumat verilir. Qeyd olunur ki, Ermənistanın əvvəllər işğal altında olan Azərbaycan ərazilərində kütləvi şəkildə minaları yerləşdirməsi nəticəsində 150-dən çox mülki şəxs və hərbçi həlak olub və ya yaralanıb. Əlavə olunur ki, Ermənistan mina xəritələrini Azərbaycana təqdim etməkdən imtina edir və indiyədək təqdim etdiyi xəritələrin yalnız 25 faizi həqiqəti əks etdirir.

Məqalələrdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və reabilitasiyası üçün kifayət qədər maliyyə vəsaitinin səfərbər olunması, real vəziyyətlə yerində tanış olmaq üçün yerli və xarici media nümayəndələrinin, rəsmi şəxslərin və ictimai xadimlərin həmin bölgələrə səfərlərinin getdikcə artması qeyd olunur.

Yazılarda dövlətimizin başçısının müsahibəsində Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik və rifaha nail olmaq, eləcə də iqtisadi münasibətləri bərpa etmək üçün regionda yolların və kommunikasiyaların açılmasının bütün tərəflərin marağında olması bildirilir.

Məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur koridorunun yaradılmasının region ölkələrinə yeni imkanlar yaratması barədə fikirlərinə ətraflı yer verilir. Bildirilir ki, bu koridor Avropadan Asiya və geriyə yüklərin daşınmasını sürətləndirəcək və bu baxımdan Avrasiyanın yeni bir nəqliyyat layihəsinə çevriləcək.

Dövlətimizin başçısına istinad olunaraq qeyd edilir ki, Azərbaycan yeni müharibə arzulamır və Qarabağ regionunda yaşayan, Azərbaycan cəmiyyətinə inteqrə olunmalı erməniləri öz vətəndaşları olaraq görür. Həmçinin, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkə olduğundan, burada ermənilər də daxil olmaqla bir çox xalqların bir ailə kimi yaşadığı əlavə olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            387 21.08.21 15:08