Lavrov: “Taliblər Əfqanıstanın bütün ərazilərinə nəzarət etmir” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 “TikTok”dakı yarışa görə saxlanıldılar - Aralarında Azər Zahid də var  |     22:35 İlin ən yaxşı milli məşqçisi bəlli oldu  |     22:07 Bakıda yarımtikili uçub, ölən var  |     20:41 Bakıda vəzifəli şəxsin hamamda MEYİTİ TAPILDI  |     19:59 SON DƏQİQƏ: Səhiyyə Nazirliyində əməliyyat keçirilir - SAXLANILANLAR VAR (FOTO)  |     19:17 Bakıda obyektdə yanğın baş verib  |     18:15 İran XİN ölkə vətəndaşlarına Suriyaya səfərlə bağlı xəbərdarlıq etdi  |     17:44 Sloveniya İsrailin "Avroviziya"dan çıxarılmasını tələb etdi  |     17:24 Aleksandr Lukaşenko yeddinci dəfə prezidentliyə namizəd oldu  |     16:37 Rusiyaya getmək istəyənlərə MÜRACİƏT: Gələn ildən yeni qaydalar qüvvəyə minəcək  |     16:33 Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib  |     16:32 Rusiya ordusu Donbasda strateji yaşayış yerini nəzarətə götürüb  |     15:58 Qayınatasıgilin 50 gün öncə öldüyü evdə intihar edibmiş  |     15:46 Masallıda yanğın: Xəsarət alan var  |     15:07 Valentina Matviyenko İlham Əliyevi təbrik edib  |     14:57 Pirotexniki vasitələrin satışını təşkil edən 11 nəfər saxlanılıb  |     14:52 Gürcüstan XİN: "Salome Zurabişvili tamamilə nəzarətsiz hərəkət edir"  |     14:05 Bakıda mənzildən çürümüş meyit tapıldı  |     12:55 Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin siyahısı  |     12:33 Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək  |    

Lavrov: “Taliblər Əfqanıstanın bütün ərazilərinə nəzarət etmir”

"Rusiya tərəfi Əfqanıstanda ümummilli dialoqun tərəfdarıdır və taliblərin ölkənin siyasi qüvvələri ilə dialoqa hazır olmaları barədə bəyanatını alqışlayır”.

Kp.ru xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

O qeyd edib ki, Rusiya Federasiyası Əfqanıstan ərazisində milli dialoqun davam etdirilməsi üçün ən böyük perspektivə malik olan Moskva formatında işini bərpa etməyə hazırdır.

Rusiyalı nazir Talibanın Əfqanıstanın bütün ərazisinə hələ nəzarət etməməsinə diqqət çəkib:

"Taliblər hələ ki, Əfqanıstanın bütün ərazilərinə nəzarət etmir. Pəncşir dərəsindəki vəziyyətlə bağlı xəbərlər gəlir. Ancaq bu, mövqeyimizi daha da tutarlı edir. Bütün Əfqanıstanı vətəndaş müharibəsi bürüyəndə biz tərəfləri dialoqa çağırdıq. Taliblər Kabildə hakimiyyəti ələ keçirdikdən sonra da, biz eyni dialoqun tərəfdarıyıq – nümayəndəli demokratiya. Məhz bu, ölkə vətəndaşlarının maraqlarını təmsil edəcək”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            543 19.08.21 18:25