"Azərbaycan Ordusu tərəfindən guya Ermənistan ərazisindəki kəndlərin və əhalinin atəşə tutulması xəbərini təkzib edirik".
Bu barədə "Report"a Müdafiə Nazirıliyindən bildirilib.
"Azərbaycan Ordusunun hərbi qulluqçuları beynəlxalq humanitar hüquq prinsiplərinə riayət edərək qeyri-hərbi obyektləri və mülki şəxsləri atəşə tutmur", - deyə nazirlikdən əlavə edilib.