“Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin siyasi yolla tənzimlənməsi imkanları tükənməyib”.
TASS-ın məlumatına görə, bu sözləri Ermənistanda səfərdə olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas deyib.
“Əgər problemin həlli yollarından danışsaq, o zaman düşünürük ki, bu vəziyyətin siyasi yolla həlli imkanları tükənməyib, bu hər kəs üçün ən yaxşı variant olardı”, - deyə S.Zas bildirib.