“Ölkə xaricindən gələn dəstək tələbləri və dəstəklərlə bağlı can Azərbaycandan dəstəklər davam edir”.
“Report” xəbər verir ki, bu sözləri Türkiyəni xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O, qeyd edib ki, Azərbaycandan yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə gələcək.
“Dövlət başçısı İlham Əliyevin təlimatı ilə daha 40 yanğınsöndürmə maşını və 162 yanğın-xilasetmə qrupu gələcək”, - deyə Çavuşoğlu vurğulayıb.
O, qeyd edib ki, ABŞ-dan gələcək 2 helikopter bazar ertəsi Türkiyədə olacaq.