Rusiya Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.
Bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, V.Putinin sədrliyi ilə keçirilən toplantıda Rusiyanın sosial-iqtisadi inkişafı ilə bağlı məsələlər müzakirə olunub.
Şuranın iclasında eyni zamanda, Azərbaycan və Ermənistan sərhədində baş verən son hadisələr, Əfqanıstandakı durum və beynəlxalq gündəmin digər aktual məsələləri müzakirə edilib.