Gürcüstanın Tbilisi şəhər meri Kaxa Kaladze 13-14 iyul tarixlərində Bakıya rəsmi səfər edəcək.
Bu barədə paytaxt meriyasının mətbuat xidməti məlumat yayıb.
Kaladzenin səfəri çərçivəsində Azərbaycanın paytaxtında iki şəhər - Tbilisi və Bakı arasında qardaşlıq haqqında memorandum imzalanacaq.
Həmçinin yüksək səviyyəli görüşlərin keçirilməsi planlaşdırılır. Bakıda Kaladzeni müavini İlya Eloşvili müşayiət edəcək.