Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Gəncə şəhərində səfərdədir.
Səfir və onu müşahidə edən heyət Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşəcək.
Daha sonra səfər iştirakçıları Şəhidlər Xiyabanı və Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən atılan raket nəticəsində mülki insanların həlak olduğu və dağıntıların olduğu ərazini ziyarət edəcəklər.