“Azərbaycanla Pakistan arasında həm siyasi, həm də iqtisadi əlaqələr mövcuddur. Yeni yaradılan Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) bu əlaqələrin inkişafında rolu böyük olacaq”.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.
O, tezliklə Pakistanda Azərbaycan Ticarət Evinin açılması üçün müzakirələrin aparıldığını da qeyd edib. Nazir müavini həmçinin ötən il iki ölkə arasında imzalanmış ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişdən danışıb, pakistanlı sahibkarları Azərbaycana investisiya qoymağa dəvət edib.
“PAKAZCHAM-ın bu prosesə töhfə verəcəyinə inanırıq”, - o bildirib.