Ərdoğan Azərbaycana yardımla bağlı vacib sazişi TƏSDİQLƏDİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 “TikTok”dakı yarışa görə saxlanıldılar - Aralarında Azər Zahid də var  |     22:35 İlin ən yaxşı milli məşqçisi bəlli oldu  |     22:07 Bakıda yarımtikili uçub, ölən var  |     20:41 Bakıda vəzifəli şəxsin hamamda MEYİTİ TAPILDI  |     19:59 SON DƏQİQƏ: Səhiyyə Nazirliyində əməliyyat keçirilir - SAXLANILANLAR VAR (FOTO)  |     19:17 Bakıda obyektdə yanğın baş verib  |     18:15 İran XİN ölkə vətəndaşlarına Suriyaya səfərlə bağlı xəbərdarlıq etdi  |     17:44 Sloveniya İsrailin "Avroviziya"dan çıxarılmasını tələb etdi  |     17:24 Aleksandr Lukaşenko yeddinci dəfə prezidentliyə namizəd oldu  |     16:37 Rusiyaya getmək istəyənlərə MÜRACİƏT: Gələn ildən yeni qaydalar qüvvəyə minəcək  |     16:33 Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib  |     16:32 Rusiya ordusu Donbasda strateji yaşayış yerini nəzarətə götürüb  |     15:58 Qayınatasıgilin 50 gün öncə öldüyü evdə intihar edibmiş  |     15:46 Masallıda yanğın: Xəsarət alan var  |     15:07 Valentina Matviyenko İlham Əliyevi təbrik edib  |     14:57 Pirotexniki vasitələrin satışını təşkil edən 11 nəfər saxlanılıb  |     14:52 Gürcüstan XİN: "Salome Zurabişvili tamamilə nəzarətsiz hərəkət edir"  |     14:05 Bakıda mənzildən çürümüş meyit tapıldı  |     12:55 Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin siyahısı  |     12:33 Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək  |    

Ərdoğan Azərbaycana yardımla bağlı vacib sazişi TƏSDİQLƏDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara ilə Bakı arasında səhiyyə sahəsində yardım göstərilməsinə dair anlaşma sazişini təsdiqləyib.

Bu barədə “Resmi Gazete”də xəbər verilib.

“Türkiyə hökuməti ilə Azərbaycan hökuməti arasında səhiyyə sahəsində yardım göstərilməsinə dair anlaşma” Sazişi 28.03.2002 tarixli və 4749 saylı Qanunun 9-cu maddəsinə uyğun olaraq təsdiqlənib”, - deyə məlumatda bildirilir.

Qərarda deyilir ki, Türkiyə tərəfi Azərbaycan tərəfinə dostluq və xoş niyyət jesti kimi 100 000 qutu “Favipiravir” preparatı göndərəcək.

Yardım kimi verilən bu dərman Azərbaycana aid olacaq və səhiyyə xidmətlərinin göstərilməsində istifadə ediləcək. Preparatlar daha sonra tərəflər arasında təyin ediləcək metodla təslim ediləcək.

Sənəd 2021-ci ilin martın 31-də imzalanıb və həmin gündən qüvvəyə minmiş hesab olunur.

Sazişi Türkiyə hökuməti adından səhiyyə nazirinin müavini Halil Eldemir, Azərbaycan hökuməti adından isə ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim imzalayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            897 07.07.21 13:02