Hikmət Hacıyev Antalya Forumunda ölkəmizə “feyk nyus” hücumlarından danışıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:07 "Liverpul" ispaniyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir  |     20:53 Sumqayıtda 17 yaşlı oğlan dəm qazından boğularaq ölüb  |     20:40 "Nağdsız hesablaşmalar haqqında" qanunda dəyişiklik təsdiq olunub  |     20:14 Bakı-Balakən-Bakı dəmiryol marşrutu ilə gecə səfərləri işə düşür  |     19:42 Azərbaycan istehsalı avtobusların satışı rüsumdan azad edilir  |     19:05 Bəzi mallar gömrük rüsumundan AZAD EDİLDİ  |     19:02 Ukrayna Dünya Bankından 1 milyard dollar alıb  |     18:43 "Hizbullah" peycerləri necə partladılıb? - Keçmiş MOSSAD agentləri açıqladı  |     18:33 Cəlilabadda doğuşdan sonra əkiz körpələr vəfat ediblər  |     18:08 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Məktəblərlə bağlı daha bir qərar elan edildi  |     17:56 "Kartdan-karta" üsulu ilə işləyən daha 645 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     17:38 Prezidentdən hərbi təlim toplanışları ilə bağlı QƏRAR  |     17:25 Sabah bu ərazilərdə QAZ OLMAYACAQ  |     17:01 Prezident nəvələrinə COP29-da iştirakına görə təşəkkürnamə verdi - FOTO  |     16:49 Serdar Ortaç üçün tələb olunan həbs cəzası bəlli oldu  |     16:42 Havaydakı Kilauea vulkanı aktivləşib  |     16:14 Tələbə kartının üstünlükləri nələrdir? (AÇIQLAMA)  |     16:09 Cəlilabadda hotel yanır  |     15:41 Hikmət Mirzəyev Bayraktaroğluyla görüşdü  |     15:27 Bahalaşmaqda hətta bitkoini belə geridə qoyan məhsulun adı açıqlandı  |    

Hikmət Hacıyev Antalya Forumunda ölkəmizə “feyk nyus” hücumlarından danışıb

Hikmət Hacıyev ölkəmizin müxtəlif vaxtlarda müəyyən dairələr tərəfindən məqsədli şəkildə yayılan “feyk nyus” hücumlarına məruz qaldığını, hətta bəzi xarici kütləvi informasiya vasitələrinin həqiqətə uyğun olmayan həmin informasiyalara istinad edərək Azərbaycan haqqında yanlış rəy formalaşdırmağa çalışdığını bildirib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində təşkil olunan paneldə çıxış edib.

“Report”un məlumatına görə, “Virtual dünyada saxta xəbərlər” mövzusunda keçirilən paneldə hazırda qlobal problemə çevrilən saxta, uydurma informasiyaların yayılması, onun yaratdığı təhlükələr və vəziyyətdən çıxış yolları müzakirə olunub.

Paneldə münaqişələrin qarşısının alınması və erkən xəbərdarlıq mərkəzinin prezidenti xanım Lulian Cifunun, tanınmış yazıçı, Portuqaliyanın keçmiş Avropa naziri Bruno Macaesin, Qətərin xarici işlər nazirinin köməkçisi və Xarici İşlər Nazirliyinin sözçüsü Lolvah Rashid Al-Khaterin çıxışları dilənilib.

Paneldə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ölkəmizin müxtəlif vaxtlarda müəyyən dairələr tərəfindən məqsədli şəkildə yayılan “feyk nyus” hücumlarına məruz qaldığını, hətta bəzi xarici kütləvi informasiya vasitələrinin həqiqətə uyğun olmayan həmin informasiyalara istinad edərək Azərbaycan haqqında yanlış rəy formalaşdırmağa çalışdığını bildirib. Təəssüflə qeyd olunub ki, hətta bəzi hallarda Azərbaycan haqqında həqiqi məlumat yayan şəxslərin sosial media hesablarının bağlanması halları da müşahidə olunub.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, həmçinin səfirlər, deputatlar, digər nüfuzlu şəxslər paneldə iştirak ediblər.

Çıxışlardan sonra suallar cavablandırılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            480 18.06.21 22:16