Ermənistan və Azərbaycan uğurlu şəkildə əraziləri minalardan təmizlənmək üçün məlumat mübadiləsi ilə bağlı öhdəliyi üzərlərinə götürməlidirlər.
Azxeber.com-un Cənubi Qafqazla əlaqələr üzrə Avropa Parlamenti heyətinə istinadən verdiyi məlumata görə, bu barədə Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri, Avropa Parlamentinin deputatı Marina Kalyurand, Ermənistan üzrə daimi məruzəçi, Avropa Parlamentinin üzvü Andrey Kovaçev və Azərbaycan üzrə məruzəçi, Avropa Parlamentinin üzvü Jelyana Zovkonun birgə bəyanatında deyilib.
Beyanatda bildirilib: "İyunun 4-də Kəlbəcər rayonunda mina partlaması nəticəsində iki jurnalist daxil olmaqla Azərbaycanın üç mülki şəxsin ölümü bizi kədərləndirdi. Təəssüf ki, bunlar Ermənistan-Azərbaycan münaqişəsi kontekstində piyada əleyhinə minaların sadəcə son qurbanlarıdır. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralıların tam sağalmasına ümid edirik".
Qeyd olunub ki, hər iki tərəf əraziləri minalardan səmərəli şəkildə təmizlənməyə başlamaq və gələcək faciələrin qarşısını almaq üçün əməkdaşlıq və mövcud məlumat mübadiləsi üçün səy göstərməlidir:
"Piyada əleyhinə minalar, mahiyyət etibarilə mülki və hərbi hədəfləri ayırd edə bilməyən ayrı-seçkiliksiz silahlardır".