Prezidentin xüsusi nümayəndəsi: “Ağdamda bərpa işlərini sürətlə həyata keçiririk” » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:44 Sabah bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq  |     21:33 Azərbaycanlı güləş hakimi karyerasını başa vurdu  |     21:15 Eyfel qülləsində texniki nasazlıq baş verib  |     21:07 "Liverpul" ispaniyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir  |     20:53 Sumqayıtda 17 yaşlı oğlan dəm qazından boğularaq ölüb  |     20:40 "Nağdsız hesablaşmalar haqqında" qanunda dəyişiklik təsdiq olunub  |     20:14 Bakı-Balakən-Bakı dəmiryol marşrutu ilə gecə səfərləri işə düşür  |     19:42 Azərbaycan istehsalı avtobusların satışı rüsumdan azad edilir  |     19:05 Bəzi mallar gömrük rüsumundan AZAD EDİLDİ  |     19:02 Ukrayna Dünya Bankından 1 milyard dollar alıb  |     18:43 "Hizbullah" peycerləri necə partladılıb? - Keçmiş MOSSAD agentləri açıqladı  |     18:33 Cəlilabadda doğuşdan sonra əkiz körpələr vəfat ediblər  |     18:08 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Məktəblərlə bağlı daha bir qərar elan edildi  |     17:56 "Kartdan-karta" üsulu ilə işləyən daha 645 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     17:38 Prezidentdən hərbi təlim toplanışları ilə bağlı QƏRAR  |     17:25 Sabah bu ərazilərdə QAZ OLMAYACAQ  |     17:01 Prezident nəvələrinə COP29-da iştirakına görə təşəkkürnamə verdi - FOTO  |     16:49 Serdar Ortaç üçün tələb olunan həbs cəzası bəlli oldu  |     16:42 Havaydakı Kilauea vulkanı aktivləşib  |     16:14 Tələbə kartının üstünlükləri nələrdir? (AÇIQLAMA)  |    

Prezidentin xüsusi nümayəndəsi: “Ağdamda bərpa işlərini sürətlə həyata keçiririk”

“İlkin olaraq Ağdam şəhərində minaların təmizlənməsinə başlanılıb. Artıq böyük bir ərazi minalardan təmizlənib. Hazırda bu işlər davam etdirilir”.

“Report”un verdiyi xəbərə görə, bu fikirləri Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ərazilərin minalardan təmizlənməsi prosesi Ağdam şəhərində quruculuq və bərpa işlərinə mane olmayacaq:

“Biz bu işləri tam sürətlə həyata keçiririk”.

O xatırladıb ki, artıq Prezidentin rəhbərliyi və tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb:

“Qərargah müvafiq qurumlarla birlikdə bu ərazilərdə bərpa-quruculuq işlərini həyata keçirirlər.

Bu yaxınlarda Prezidentin İlham Əliyevin müvafiq sərəncamı ilə Ağdam rayonunun işğaldan azad olunmuş hissəsi üzrə, o cümlədən Ağdam şəhəri daxil olmaqla Prezidentin xüsusi nümayəndəliyi təsis olunub. İlkin olaraq Ağdam şəhərinin baş planının təqdimatı keçirilib. Artıq dəymiş ziyanın qiymətləndirilməsi işləri aparılır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            774 04.06.21 15:15