Azərbaycanın sayəsində Qoşulmama Hərəkatı güclü bir səs qazandı və qlobal sağlamlıq gündəminə böyük töhfə verir.
Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə Belarusun Səhiyyə naziri Dmitri Pineviç bildirib.
D.Pineviç nazirlərin ənənəvi görüşünü çağırdığına görə Azərbaycana (Qoşulmama Hərəkatının sədri) minnətdarlığını bildirdi. O, həm ÜST-də, həm də BMT-də Azərbaycan səhiyyə nazirinin ictimai səhiyyə məsələlərinə daim diqqət göstərdiyini qeyd edib.