İraq Prezidenti Bərham Saleh Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Zati-aliləri Sizə möhkəm cansağlığı, müvəffəqiyyət, Azərbaycan xalqına isə tərəqqi və rifah diləyirəm.
Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında müxtəlif sahələrdə mövcud olan əməkdaşlığın dost xalqlarımızın rifahı naminə daha da möhkəmlənməsini arzu edirəm”.