Ceyhun Bayramov Avstriyanın federal naziri ilə görüşüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:07 “Qarabağ”ın oyununun yeri dəyişdirildi  |     21:44 Sabah bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq  |     21:33 Azərbaycanlı güləş hakimi karyerasını başa vurdu  |     21:15 Eyfel qülləsində texniki nasazlıq baş verib  |     21:07 "Liverpul" ispaniyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir  |     20:53 Sumqayıtda 17 yaşlı oğlan dəm qazından boğularaq ölüb  |     20:40 "Nağdsız hesablaşmalar haqqında" qanunda dəyişiklik təsdiq olunub  |     20:14 Bakı-Balakən-Bakı dəmiryol marşrutu ilə gecə səfərləri işə düşür  |     19:42 Azərbaycan istehsalı avtobusların satışı rüsumdan azad edilir  |     19:05 Bəzi mallar gömrük rüsumundan AZAD EDİLDİ  |     19:02 Ukrayna Dünya Bankından 1 milyard dollar alıb  |     18:43 "Hizbullah" peycerləri necə partladılıb? - Keçmiş MOSSAD agentləri açıqladı  |     18:33 Cəlilabadda doğuşdan sonra əkiz körpələr vəfat ediblər  |     18:08 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Məktəblərlə bağlı daha bir qərar elan edildi  |     17:56 "Kartdan-karta" üsulu ilə işləyən daha 645 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     17:38 Prezidentdən hərbi təlim toplanışları ilə bağlı QƏRAR  |     17:25 Sabah bu ərazilərdə QAZ OLMAYACAQ  |     17:01 Prezident nəvələrinə COP29-da iştirakına görə təşəkkürnamə verdi - FOTO  |     16:49 Serdar Ortaç üçün tələb olunan həbs cəzası bəlli oldu  |     16:42 Havaydakı Kilauea vulkanı aktivləşib  |    

Ceyhun Bayramov Avstriyanın federal naziri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avstriya Respublikasının Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberq arasında görüş keçirilib.

Nazirlər ikitərəfli əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparıb, post-pandemiya dövründə ikitərəfli qitisadi əməkdaşlıq və biznes əlaqələrin canlandırılmasının əhəmiyyətini vurğulayıblar.

Nazir Ceyhun Bayramov həmkarına Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Ermənistanın onilliklər ərzində davam edən təcavüzkar siyasəti, Ermənistan tərəfinin təxribatlarına cavab olaraq Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatı və ərazilərin işğaldan azad olunaraq, ölkənin ərazi bütövlüyünün təmin olunması barədə danışıb. O, həmkarına post münaqişə dövründə azad olunmuş ərazilərdə həyata keçirilən yenidən qurma və bərpa işləri haqda məlumat verib. Bölgədə yaranmış yeni vəziyyətin regional əməkdaşlıq üçün açdığı imkanlardan bəhs edilib.

İşğal faktorunun aradan qaldırılması ilə Azərbaycanın beynəlxalq hüququn suverenlik və ərazi bütövlüyü prinsiplərinə ciddi riayət olunması əsasında Ermənistanla əlaqələrin normallaşdırılmasına hazır olduğu qeyd olunub.

Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            858 26.05.21 23:39