Azərbaycan könüllüləri müharibə ilə bağlı bəyanat yaydı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 “TikTok”dakı yarışa görə saxlanıldılar - Aralarında Azər Zahid də var  |     22:35 İlin ən yaxşı milli məşqçisi bəlli oldu  |     22:07 Bakıda yarımtikili uçub, ölən var  |     20:41 Bakıda vəzifəli şəxsin hamamda MEYİTİ TAPILDI  |     19:59 SON DƏQİQƏ: Səhiyyə Nazirliyində əməliyyat keçirilir - SAXLANILANLAR VAR (FOTO)  |     19:17 Bakıda obyektdə yanğın baş verib  |     18:15 İran XİN ölkə vətəndaşlarına Suriyaya səfərlə bağlı xəbərdarlıq etdi  |     17:44 Sloveniya İsrailin "Avroviziya"dan çıxarılmasını tələb etdi  |     17:24 Aleksandr Lukaşenko yeddinci dəfə prezidentliyə namizəd oldu  |     16:37 Rusiyaya getmək istəyənlərə MÜRACİƏT: Gələn ildən yeni qaydalar qüvvəyə minəcək  |     16:33 Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib  |     16:32 Rusiya ordusu Donbasda strateji yaşayış yerini nəzarətə götürüb  |     15:58 Qayınatasıgilin 50 gün öncə öldüyü evdə intihar edibmiş  |     15:46 Masallıda yanğın: Xəsarət alan var  |     15:07 Valentina Matviyenko İlham Əliyevi təbrik edib  |     14:57 Pirotexniki vasitələrin satışını təşkil edən 11 nəfər saxlanılıb  |     14:52 Gürcüstan XİN: "Salome Zurabişvili tamamilə nəzarətsiz hərəkət edir"  |     14:05 Bakıda mənzildən çürümüş meyit tapıldı  |     12:55 Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin siyahısı  |     12:33 Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək  |    

Azərbaycan könüllüləri müharibə ilə bağlı bəyanat yaydı - FOTO

Bu gün ölkənin aparıcı könüllü təşkilatlarının rəhbərlərinin iştirakı ilə görüş keçirilib.

Görüş zamanı Azərbaycan könüllülərinin ordumuza dəstək istiqamətində fəaliyyətləri ilə bağlı təkliflər müzakirə edilərək, aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək ictimai birliyinin sədri Sevinc Orucovanın, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynovun və cəbhə bölgəsində yaşayan könüllülərin video müraciətləri dinlənilib.

Görüşdə Azərbaycan Könüllüləri adından Bəyanat qəbul edilib. Bəyanatda bildirilir:

“Azərbaycanda fəaliyyətdə olan on minlərlə könüllünü birləşdirən könüllü təşkilatları dövlətimiz, ordumuz və Ali Baş Komandanımızla həmrəylik ifadə edir, Ermənistan silahlı qüvvələrinin 27 sentyabr tarixində başladığı hərbi təxribata cavab olaraq, əhalimizin təhlükəsizliyinin təmin olunması və işğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə həyata keçirilən əks-hücumu dəstəkləyir. İnanırıq ki, cənab Prezident İlham Əliyevin polad iradəsi, əsgərlərimizin mübariz ruhu və zabit-gizir heyətinin yüksək peşəkarlığı ilə torpaqlarımız erməni qəsbkarlarından təmizlənəcək, 30 ilə yaxındır ki, öz doğma yurd-yuvalarından didərgin düşmüş bir milyondan artıq soydaşımız evlərinə qayıdacaq.

Biz könüllülər son illərdə ölkəmizdə təşkil edilən iri miqyaslı beynəlxalq idman və mədəniyyət tədbirlərində, dövlət xidmətlərinin vətəndaşlara çatdırılmasında, təbiətimiz və mədəni-tarixi abidələrimizin qorunmasında, qan ehtiyatlarının tədarük olunmasında, çətin günlərdə – COVID-19 pandemiyası zamanı ahıl, ehtiyacı olan vətəndaşlarımıza qayğı göstərilməsində və ictimai maarifləndirmədə, müharibə şəraitində ordumuza və evləri dağıdılmış vətəndaşlarımıza humanitar yardım toplanılmasında hər zaman ön cərgədə, ön cəbhədə olduq və hazırda da bu şərəfli işi sidq ürəklə davam etdiririk.

Ən əsası, Ali Baş Komandanın ölkədə qismən səfərbərlik elan edilməsi ilə bağlı sərəncamından ruhlanaraq torpaqlarımızın müdafiəsi uğrunda könüllü əsgər kimi ordumuzun sıralarına yazıldıq, bir çoxlarımız cəbhəyə düşmənə layiq olduğu cavabı verməyə yollandıq. Cənab Prezidentin bu ili könüllülük ili elan etməsi ilə bərabər, könüllü təşkilatlarının nümayəndələrinin könüllü kimi ön cəbhəyə yollanması, könüllülük təntənəsinin baris nümunəsi sayıla bilər. Bu gün cəmiyyətdə, xüsusilə də gənclər arasında hökm sürən misli görünməmiş ruh yüksəkliyi, cəbhədən gələn qələbə xəbərləri, dövlət başçımızın beynəlxalq tribunalarda çıxışları gözlədiyimiz zəfər gününün yaxın olduğunun göstəricisidir. Azərbaycan Könüllüləri olaraq:

● Könüllü fəaliyyətimizin zirvəsi kimi Cənab Ali Baş Komandanın əmri ilə hər an Vətən uğrunda hərbi xidmətə hazır olduğumuzu bəyan edirik.

● Arxa cəbhədə hərbi qulluqçularımıza dəstək olmaq üçün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında bütün vətəndaşları müasir informasiya platformaları üzərindən fəal iştiraka səsləyirik.

● Döyüş bölgəsində olan hər bir Azərbaycan əsgərinin həyatı üçün hər kəsi sosial mediadan düzgün istifadə etməyə, rəsmi mənbəyi olmayan və hərbi sirri özündə əks etdirən məlumatlar paylaşmamağa, düşmən tərəfindən yaradılmış saxta profillərlə yayılan yalan məlumatlara qarşı ayıq-sayıq olmağa çağırırıq.

● Artıq 30 ildir ki, Ermənistanın Azərbaycana qarşı davam edən işğalçı siyasətinə son qoyulması yönündə ciddi tədbirlərin görülməsi üçün dünya gəncliyini və könüllülərini birgə fəaliyyətə dəvət edirik!

Beynəlxalq ictimaiyyət bilməlidir ki, hazırkı əks-hücumlarla Azərbaycan öz torpaqlarını işğalçı ölkədən azad etmək istəyir, hərbi əməliyyatlar məhz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aparılır və ölkəmizin heç kimin torpağında gözü (və ya iddiası) yoxdur. Biz tarixi ədalətin bərqərar olacağına, Azərbaycanın beynəlxalq hüquqa söykənən haqlı mübarizəsinin zəfərlə başa çatacağına əminik! Allah Ordumuzu qorusun! Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!”

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            830 02.10.20 20:50