Baş nazir Əli Əsədov Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən zərərin aradan qaldırılması məqsədilə əlavə tədbirlərin görülməsi üçün vəsait ayrılması barədə sərəncam imzalayıb.
Sərəncam əsasən, Tovuz Rayon İcra Hakimiyyətinə 450 min manat məbləğində vəsait ayrılıb.
Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.