“Serbiya Ermənistana silah satması barədə araşdırmalara başlayıb”.
Bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov brifinqdə deyib.
O bildirib ki, Azərbaycan Serbiyadan adekvat cavablar gözləyir.
“Biz Azərbaycanın Serbiyadakı səfirliyi ilə mütəmadi olaraq əlaqə saxlayırıq. Serbiya tərəfi məsələni araşdıracağını bildirib”, - deyə o əlavə edib.
X.Xələfovun sözlərinə görə, Serbiya şirkətlərinin Ermənistana satdığı silahlar Tovuzda Azərbaycana qarşı yönəlib.