ATƏT PA sədri Milli Məclisin spikeri ilə danışıq aparıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:44 Sloveniya İsrailin "Avroviziya"dan çıxarılmasını tələb etdi  |     17:24 Aleksandr Lukaşenko yeddinci dəfə prezidentliyə namizəd oldu  |     16:37 Rusiyaya getmək istəyənlərə MÜRACİƏT: Gələn ildən yeni qaydalar qüvvəyə minəcək  |     16:33 Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib  |     16:32 Rusiya ordusu Donbasda strateji yaşayış yerini nəzarətə götürüb  |     15:58 Qayınatasıgilin 50 gün öncə öldüyü evdə intihar edibmiş  |     15:46 Masallıda yanğın: Xəsarət alan var  |     15:07 Valentina Matviyenko İlham Əliyevi təbrik edib  |     14:57 Pirotexniki vasitələrin satışını təşkil edən 11 nəfər saxlanılıb  |     14:52 Gürcüstan XİN: "Salome Zurabişvili tamamilə nəzarətsiz hərəkət edir"  |     14:05 Bakıda mənzildən çürümüş meyit tapıldı  |     12:55 Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin siyahısı  |     12:33 Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək  |     12:17 Cənubi Koreyada hərbi bazada güclü partlayış - Xəsarət alanlar var  |     12:15 Pezeşkian internet məhdudiyyəti ilə bağlı vədini yerinə yetirmir  |     11:37 Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış  |     11:30 Bu həftə ardıcıl 7 gün iş olacaq  |     11:23 Yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi yenidən hakim qarşısına çıxarılır  |     11:15 Bu ərazilərdə işıq olmayacaq  |     22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |    

ATƏT PA sədri Milli Məclisin spikeri ilə danışıq aparıb

ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli və Milli Məclisin Sədri Sahibə Qafarova arasında telefon danışığı olub.

Report verir ki, bu barədə Gürcüstan parlamentinin Mətbuat Xidməti məlumat yayıb.

G.Tsereteli parlament sədrini Azərbaycanın Respublika Günü münasibətilə təbrik edib.

Söhbət zamanı COVID-19 pandemiyası ilə bağlı durum və parlamentlərin fövqəladə vəziyyət rejimində fəaliyyəti müzakirə olunub.

S.Qafarova öz növbəsində G.Tsereteliyə təşəkkür edib və ATƏT-lə aktiv əməkdaşlığın önəmini bildirib. Tərəflər pandemiyadan sonra əməkdaşlığın daha da fəal olacağına ümid ifadə ediblər.

Danışıq zamanı Dağlıq Qarabağ münaqişəsi və ATƏT-in münaqişənin həllinə fəal cəlb olunması məsələsinə də toxunulub.

G.Tsereteli və S.Qafarova həmçinin Gürcüstan və Azərbaycan arasındakı mehriban qonşuluq və strateji əməkdaşlığın əhəmiyyətini də vurğulayıblar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 228 28.05.20 23:30