Türkiyəli professor Milli Məclisə keçiriləcək seçkilərdən danışdı: “Gənc və islahatçı kadrlardan formalaşacaq” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Yeni ilin yeni un qiymətləri  |     22:29 "Şuşa" restoranının sökülməsinə aydınlıq gətirilib  |     22:16 Belarus Ukrayna ilə sərhədə qoşun yığdı  |     21:54 AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır  |     21:39 Zaqatalada daha bir azyaşlı ÖLDÜ  |     20:50 Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artması hansı effekti verəcək? (AÇIQLAMA)  |     20:31 Kevin De Bruyne ABŞ klubuna keçməyə yaxındır  |     20:02 Azərbaycanda axtarışda olan hindistanlı Monakoya təhvil verildi  |     20:00 Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə - YENİ QAYDALAR  |     19:40 Gürcüstanda matəm elan edildi  |     19:06 Zəngilanın Cahangirbəyli kəndində bu işlərə 18,7 milyon manat ayrıldı  |     18:49 Gəncədə 39 yaşlı qadın dərmandan zəhərlənib  |     18:38 "Formula 1" Belçika Qran-prisi ilə müqavilənin müddətini uzadıb  |     18:32 Mirzoyan: Aİ missiyası Ermənistan üçün vacib və zəruridir  |     18:17 Vüqar Həşimovun atası II Fəxri xiyabanda dəfn olunacaq  |     17:58 Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib  |     17:41 Nazir 16 il rəis işləyən polkovniki işdən çıxardı  |     17:21 Astma xəstələri preparat tapa bilmir - VİDEO  |     17:10 Ramazan ayında Qədr gecələrinin vaxtları məlum oldu  |     16:40 Azərbaycanda təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqləndi  |    

Türkiyəli professor Milli Məclisə keçiriləcək seçkilərdən danışdı: “Gənc və islahatçı kadrlardan formalaşacaq”

Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatların müvəffəqiyyətlə nəticələnməsi üçün struktur islahatları və gəncləşmə siyasəti həyata keçirilir.

Bunu Oxu.Az-a açıqlamasında Asiya-Sakit Okean Araşdırmalar Mərkəzinin direktoru, professor Selçuk Çolakoğlu deyib.

Ekspert islahatların Azərbaycan hakimiyyətinin qanunverici qanadına – Milli Məclisə də şamil edilməsinin zəruriliyinə toxunub.

“İslahatların təməl məqsədi odur ki, ölkə iqtisadiyyatı daha da canlansın. Ümumi islahat prosesinə dəstək vermək üçün hakim Yeni Azərbaycan Partiyası növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Bu, vacib bir addım idi”, - deyə S.Çolakoğlu əlavə edib.

Professor qeyd edib ki, Milli Məclisə seçkilərindən sonra Azərbaycan parlamentinin daha gənc və islahatçı kadrlardan formalaşması gözlənilir.

S.Çolakoğlu Azərbaycanın iqtisadi gücünün artdığına da diqqət çəkib.

“Prezident İlham Əliyevin son illərdə uğurlu şəkildə həyata keçirdiyi iqtisadi islahatlarla Azərbaycan neft və təbii qaz ixrac edən ölkə statusundan da kənara çıxıb. Azərbaycanın önəmli bir ticarət, maliyyə və logistika mərkəzi olması gözlənilir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 157 21.01.20 12:05