Onlar ilk dəfə Milli Məclis qarşısında hesabat verəcəklər - SİYAHI » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Yeni ilin yeni un qiymətləri  |     22:29 "Şuşa" restoranının sökülməsinə aydınlıq gətirilib  |     22:16 Belarus Ukrayna ilə sərhədə qoşun yığdı  |     21:54 AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır  |     21:39 Zaqatalada daha bir azyaşlı ÖLDÜ  |     20:50 Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artması hansı effekti verəcək? (AÇIQLAMA)  |     20:31 Kevin De Bruyne ABŞ klubuna keçməyə yaxındır  |     20:02 Azərbaycanda axtarışda olan hindistanlı Monakoya təhvil verildi  |     20:00 Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə - YENİ QAYDALAR  |     19:40 Gürcüstanda matəm elan edildi  |     19:06 Zəngilanın Cahangirbəyli kəndində bu işlərə 18,7 milyon manat ayrıldı  |     18:49 Gəncədə 39 yaşlı qadın dərmandan zəhərlənib  |     18:38 "Formula 1" Belçika Qran-prisi ilə müqavilənin müddətini uzadıb  |     18:32 Mirzoyan: Aİ missiyası Ermənistan üçün vacib və zəruridir  |     18:17 Vüqar Həşimovun atası II Fəxri xiyabanda dəfn olunacaq  |     17:58 Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib  |     17:41 Nazir 16 il rəis işləyən polkovniki işdən çıxardı  |     17:21 Astma xəstələri preparat tapa bilmir - VİDEO  |     17:10 Ramazan ayında Qədr gecələrinin vaxtları məlum oldu  |     16:40 Azərbaycanda təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqləndi  |    

Onlar ilk dəfə Milli Məclis qarşısında hesabat verəcəklər - SİYAHI

Bu il Nazirlər Kabinetinin, İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə təqdim olunacaq.

Median.Az
-ın oxu.az-a istinadən məlumatına görə, Nazirlər Kabineti hər il fəaliyyəti haqqında Milli Məclisin yaz sessiyasında parlamentə hesabat verir.

Hesablama Palatası isə öz işi barədə Milli Məclisə iki dəfə (yaz sessiyasında - aprelin 15-dən gec olmayaraq) və payız sessiyasında - oktyabrın 15-dən gec olmayaraq hesabat verir.

İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında Konstitusiya qanununa görə, cari il bitdikdən sonra 2 aydan gec olmayaraq Müvəkkil ölkədə insan hüquqlarının qorunması haqqında Prezidentə illik məruzəni təqdim edir. Həmin məruzə ilə Milli Məclis qarşısında çıxış edir.

Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatını Baş nazir Əli Əsədov təqdim edəcək. Bu, Baş nazir kimi onun parlament qarşısında ilk hesabatı olacaq.

Ombudsman Səbinə Əliyeva da bu vəzifədə ilk hesabatı parlamentə təqdim edəcək.

Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatordur. O da Milli Koordinator kimi ilk hesabatını təqdim edəcək.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini isə Ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edir.

Bu ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.

Milli Məclisin Daxili Nizamnaməsində yeni seçilmiş Milli Məclisin ilk iclasının keçirilməsi vaxtının təyin edilməsi ilə bağlı müddəalar yer alıb.

Milli Məclisin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Milli Məclisin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 745 04.01.20 13:50