Bu gün Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin (BDU) əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Median.Az xəbər verir ki, BDU-nun 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə təltif olunanlar arasında universitetin sabiq rektoru Abel Məhərrəmov da var. O, 2-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb.
Qeyd edək ki, A.Məhərrəmov hazırda BDU-nun "Üzvi kimya" kafedrasının rəhbəridir.