“Agent 007”ni qaradərili aktrisa canlandıracaq - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:14 Zeynəb Xanlarova illər sonra Şuşada - FOTO  |     15:08 DİN və ANAMA mina təhlükəsi ilə bağlı müraciət edib - VİDEO  |     15:01 Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı  |     14:51 Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar - YENİLƏNİB  |     14:49 Məşhur reper Navai Rusiyada məhkəmə icraçıları tərəfindən axtarışa verilib  |     14:47 Bakıda kişi gecə saatlarında özünü asdı  |     14:47 Azərbaycanda enerjidoldurma məntəqələrində YENİLİK OLACAQ  |     14:42 İbrahim Tatlıeses Bakıya əlil arabasında gəldi - FOTO  |     14:39 Ölüm xəbəri yayılan şoumenin səhhəti ilə bağlı AÇIQLAMA  |     14:39 Bazar gününün havası açıqlanıb  |     14:25 Təmirli binadan qopan beton parçaları yola düşdü - VİDEO  |     14:21 Ermənistan polisi Eçmiədzində Paşinyanı silah-sursatla “qarşılamaq istəyən” altı nəfəri saxlayıb  |     14:20 Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlıq memorandumu imzalanıb  |     14:19 Azərbaycan nefti ucuzlaşıb  |     14:18 Yasamalda oğurladıqları avtomobili satmaq istəyən şəxslər saxlanılıblar  |     14:17 Abşeronda qanunsuz tikintinin qarşısı alınıb - VİDEO  |     14:16 Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlanıb  |     14:16 Əli Əsədov Rusiyanın baş nazirini təbrik edib  |     14:02 Tovuzda evlənmək məqsədilə qaçırılan məktəbli ailəsinə təhvil verilib  |     13:47 “Avroviziya-2024”ün niderlandlı favoriti dava etdiyi üçün müsabiqədən uzaqlaşdırılıb  |    

“Agent 007”ni qaradərili aktrisa canlandıracaq - FOTO

Kino həvəskarlarının səbirsizliklə gözlədikləri 25-ci “Ceyms Bond” filmində “Agent 007”ni canlandıracaq aktrisanın adı açıqlanıb.

“Daily Mail”in yaydığı məlumata görə, həmin rolu qaradərili tanınmış aktrisa Laşana Linç ifa edəcək.

Filmin süjet xətti belədir: Ceyms Bondu canlandıracaq dünya şöhrətli aktyor Deniel Kreyq işlərini kənara qoyub, dincəlmək üçün Yamaykaya yol alacaq, “007 nömrə” isə yeni agent təyin edilərək, ön plana çıxacaq.

“Filmin ilk səhnəsində otağa qaradərili “Agent 007” Laşana girəcək. Bu, elə bir an olacaq ki, izləyicilər bu səhnəyə baxan zaman yedikləri pop-korn əllərindən yerə töküləcək”, - məlumatlı mənbədən bildiriblər.

Yayılan şayiələrə görə, 2006-ci ildən Bondu canlandıran Denieldan sonra “Agent 007” roluna qaradərili məşhur aktyor İdris Albanın çəkiləcəyi deyilirdi.

Bununla yanaşı, baş rolda qadın qəhrəmanın iştirakı ilə bağlı müxtəlif müzakirələr aparılırdı. 25-ci “Ceyms Bond”un müəllifi Fibi bir güllə ilə iki dovşanı vuraraq, Kreyqin getməsini gözləməyərək, hər iki ideyanı birləşdirib.




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 506 15.07.19 22:37