Xalq artisti Eyyub Yaqubov mayın 17-də, yəni Laçının Ermənistan tərəfindən işğalı günü İsveçdə konsert proqramı ilə çıxış edib.
Həmin konsertdə İsveçdə yaşayan bəzi azərbaycanlıların da iştirak etməsi sosial şəbəkə izləyiciləri tərəfindən hiddətlə qarşılanıb.
Oxu.az-ın əməkdaşı məsələ ilə bağlı Xalq artisti Eyyub Yaqubovla əlaqə saxlayıb.
Zəngə onun köməkçisi Günay xanım cavab verib:
“Məsələdən xəbərdarıq. Mayın-30-da Eyyub müəllim Azərbaycana qayıdacaq. Ondan sonra mətbuata yaşanan hadisə ilə bağlı özü geniş müsahibə verəcək.
Eyyub Yaqubovun mayın 17-sinin Laçının işğalı günü olduğundan xəbəri olmayıb”.