Aparıcı Xoşqədəm Hidayətqızı daha bir məşhurun ailə dağıtdığı barədə məlumat verib.
Median.Az musavat.com-a istinadən bildirir ki, o, bu haqda "Səni axtarıram" verilişinin bugünkü buraxılışında deyib.
"Bu dəfə bir rəqqasə haqqında yazıblar, mənə... O da ailə dağıdıb. Həmin rəqqasə də birinin bədbəxtliyi üzərində xoşbəxtliyini qurub", - deyə aparıcı bildirib.
X.Hidayətqızı daha sonra qeyd edib ki, ailə dağıdan bütün məşhurların adını efirdə açıqlayacaq.
Qeyd edək ki, ötən həftə verilişə gələn Turanə adlı qadın müğənni Aysel Əlizadənin onun ailəsini dağıtdığını iddia edib.
Daha sonra aparıcı başqa bir muğam ifaçısının ailə dağıtdığı barədə məlumat aldığını bildirib. Lakin həmin ifaçının adını açıqlamayıb.