Tünzalə küsülü olduğu müğənnilərə: “Məni həzm edə bilmirsiniz” » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:47 Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ  |     21:35 İsrail ordusu 24 saat ərzində Livanın cənubundan çəkiləcək  |     21:25 Ermənistanın hərbçisinin güllələnmiş meyiti tapıldı  |     21:18 ATU-nun laboratoriya müdiri VƏFAT ETDİ  |     21:12 "Bakubus" sürücüsü piyada keçidində məktəblini VURUB ÖLDÜRDÜ: HƏBS EDİLDİ  |     21:05 Ankarada saxta spirtli içkidən ölənlərin sayı 54-ə çatıb, 40 nəfər reanimasiyadadır  |     20:59 Ötən il Azərbaycanda 102 min 310 nəfər doğulub, 58 min 909 nəfər ölüb  |     20:53 2024-cü ildə nikahlar azalıb, boşanmaların sayı dəyişməyib  |     20:49 Azərbaycan əhalisinin sayı açıqlanıb  |     20:44 Pakistan Baş nazirinin Azərbaycana səfərinin tarixi müəyyənləşib  |     20:36 AFFA “İmişli” klubuna xəbərdarlıq edib  |     20:31 Bakının 4 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işi açılıb  |     20:25 Sabah Biləcəri qəsəbəsinin bir küçəsində qaz olmayacaq  |     20:20 Türkiyədə universitetə silahlı hücum olub, ölənlər və yaralananlar var  |     20:13 "Beşiktaş" kapitanı ilə müqavilə müddətini uzadıb  |     20:08 Həndbol üzrə Azərbaycan çempionatında iki oyun baş tutub  |     20:01 Sumqayıt sakini dəm qazından boğulub  |     19:55 Misirdə binanın uçması nəticəsində 10 nəfər ölüb  |     19:49 Ronaldinyo futbol tarixinin ən yaxşı oyunçusunun adını açıqlayıb  |     19:43 Bakıda silsilə oğurluq edən şəxslər saxlanılıb  |    

Tünzalə küsülü olduğu müğənnilərə: “Məni həzm edə bilmirsiniz”

Əməkdar artist Tünzalə Ağayeva "5-ci element" proqramının qonağı olub.

Median.Az
axşam.az-a istinadən bildirir ki, o, proqram zamanı Hüsniyə Məhərrəmovanın rubrikasında "Aygün Kazımova ya Faiq Ağayev" sualına "heç biri" deyə, cavab verərək, diqqət çəkib.

Sənətçi daha sonra Ranar Musayevin "Niyə sizi şou-biznesin "qaymaq"ları qəbul edə bilmir" sualını da cavablandırıb:

"Söz atmaq məndən uzaqdır. Başqa artist bunu özü üçün pr sayır. Bir dəfə dedim ki, sizin mənə qarşı aqressiv narahatlığınız bir daha mənim güclü olmağımı isbat edir. Siz məni həzm edə bilmirsiniz. Bu, bir kompleksdir. İçimdə paxıllıq yoxdur. Niyə uğurlu layihələrə sevinməyim? Həmişə məndən xaricdə Azərbaycanın estradası ilə bağlı soruşulanda fəxrlə adlar çəkirəm. Kimsə məni evində və çölündə həzm edə bilmirsə, bu, onun problemidir. Kiminsə bazarına girməmişəm ki, onlar məni qəbul etsin, ya yox. Mən təhsil almış, uğur qazanmış Tünzaləyəm. Buraya intriqalardan gəlib çıxmamışam. Paylaşılmayan nədir, mən də anlamıram. Tünzalə olaraq yerimdəyəm, bu yeri heç kim tuta bilməz, hər kəs də öz yerinə hörmət etsə, daha yaxşı olar".

Qeyd edək ki, Ağayeva xalq artistləri Aygün Kazımova, Faiq Ağayev və müğənni Nura Suri ilə küsülüdür.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 223 16.03.19 18:59