Aysel Əlizadə Xoşqədəmi məhkəməyə verir: Üzr istəsin - FOTO/VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:05 Günəşdə güclü parltlayış baş verib  |     21:47 Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ  |     21:35 İsrail ordusu 24 saat ərzində Livanın cənubundan çəkiləcək  |     21:25 Ermənistanın hərbçisinin güllələnmiş meyiti tapıldı  |     21:18 ATU-nun laboratoriya müdiri VƏFAT ETDİ  |     21:12 "Bakubus" sürücüsü piyada keçidində məktəblini VURUB ÖLDÜRDÜ: HƏBS EDİLDİ  |     21:05 Ankarada saxta spirtli içkidən ölənlərin sayı 54-ə çatıb, 40 nəfər reanimasiyadadır  |     20:59 Ötən il Azərbaycanda 102 min 310 nəfər doğulub, 58 min 909 nəfər ölüb  |     20:53 2024-cü ildə nikahlar azalıb, boşanmaların sayı dəyişməyib  |     20:49 Azərbaycan əhalisinin sayı açıqlanıb  |     20:44 Pakistan Baş nazirinin Azərbaycana səfərinin tarixi müəyyənləşib  |     20:36 AFFA “İmişli” klubuna xəbərdarlıq edib  |     20:31 Bakının 4 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işi açılıb  |     20:25 Sabah Biləcəri qəsəbəsinin bir küçəsində qaz olmayacaq  |     20:20 Türkiyədə universitetə silahlı hücum olub, ölənlər və yaralananlar var  |     20:13 "Beşiktaş" kapitanı ilə müqavilə müddətini uzadıb  |     20:08 Həndbol üzrə Azərbaycan çempionatında iki oyun baş tutub  |     20:01 Sumqayıt sakini dəm qazından boğulub  |     19:55 Misirdə binanın uçması nəticəsində 10 nəfər ölüb  |     19:49 Ronaldinyo futbol tarixinin ən yaxşı oyunçusunun adını açıqlayıb  |    

Aysel Əlizadə Xoşqədəmi məhkəməyə verir: Üzr istəsin - FOTO/VİDEO

Müğənni Aysel Əlizadə Turanə Nəcəfova adlı qadının ailəsini dağıtması, onun həyat yoldaşı Elçini əlindən alması ilə bağlı ittihamlara cavab verib.


Müğənni “Instagram”da bu hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini yazıb:

“Son vaxtlar barəmdə səslənən əsassız, həqiqətə uyğun olmayan və yalan fikirlərlə əlaqədar hüquq-mühafizə orqanlarına və məhkəmələrə müraciət etməkdəyəm. Şərəf və ləyaqətimin alçalmasına yönələn əsassız fikir formalaşdıran, yəni məlumat mənbələri olan şəxslər qanun və məhkəmə qarşısında cavab verəcəklər”.

“Dərhal televiziyada və yayımlanan verilişdə barəmdə əsassız fikirlər səsləndirilməsinin dayandırılmasını, həmçinin, təkzib verilməsini, üzr istənilməsini tələb edirəm. Bu məsələ hüquq müstəvisində öz həllini tapacaq.

Məndən açıqlama istəyən dəyərli izləyicilərim, dostlarım, həmkarlarım, susmağıma səbəb bu idi. Bu olanlar məni ruhdan sala bilməz, əksinə, daha da güclü oluram. Və sona qədər haqqımı tələb edəcəyəm”.



//oxu.az


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            9 300 15.03.19 11:30