Bu da Hüseyn Dəryanın ARXİV VİDEOsu - Cahangirlə bağlı dedikləri ÜZƏ ÇIXDI
Cahangir Hüseyn Dəryanın doğma övladıdır?
"Bizimləsən"də bu şübhələrə kimlər üçünsə son qoyacaq kadrlar nümayiş etdirilib. Kadrlarda mərhum reperin Sona adlı qadınla ikinci münsaibətdən dünyaya gələn övladı Cahangirlə birgə görüntüləri əks olunub.
Videoda Dəryanın özəl günlərinə gələn qonaqlara uca səslə "Mənim oğlum Cahangir buradadır. Birdən, Allah eləməsin, mənim başıma nəsə bir iş gəlsə, mənim oğlum hamınıza əmanətdir" dediyi açıq-aydın eşidilir.
Verilişdə bu kadrlardan sonra, reperin ilk nikahından olan qızı Ayşə "Mənə bu videolar, bu görüntülər bəs etmir. Bu sübut deyil" deyib.
Qeyd edək ki, Ayşə Cahangirin qardaşı olduğunu sübut etmələri üçün Sona xanımdan DNT testi verməsini tələb etsə də, Cahangirin anası bu təklifi rədd edir.
Bu da Hüseyn Dərya və Cahangirlə bağlı arxiv kadrlar:
//milli.az
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!