Brilliant Dadaşova: "Rasim Balayev məni məyus etdi" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:05 Günəşdə güclü parltlayış baş verib  |     21:47 Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ  |     21:35 İsrail ordusu 24 saat ərzində Livanın cənubundan çəkiləcək  |     21:25 Ermənistanın hərbçisinin güllələnmiş meyiti tapıldı  |     21:18 ATU-nun laboratoriya müdiri VƏFAT ETDİ  |     21:12 "Bakubus" sürücüsü piyada keçidində məktəblini VURUB ÖLDÜRDÜ: HƏBS EDİLDİ  |     21:05 Ankarada saxta spirtli içkidən ölənlərin sayı 54-ə çatıb, 40 nəfər reanimasiyadadır  |     20:59 Ötən il Azərbaycanda 102 min 310 nəfər doğulub, 58 min 909 nəfər ölüb  |     20:53 2024-cü ildə nikahlar azalıb, boşanmaların sayı dəyişməyib  |     20:49 Azərbaycan əhalisinin sayı açıqlanıb  |     20:44 Pakistan Baş nazirinin Azərbaycana səfərinin tarixi müəyyənləşib  |     20:36 AFFA “İmişli” klubuna xəbərdarlıq edib  |     20:31 Bakının 4 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işi açılıb  |     20:25 Sabah Biləcəri qəsəbəsinin bir küçəsində qaz olmayacaq  |     20:20 Türkiyədə universitetə silahlı hücum olub, ölənlər və yaralananlar var  |     20:13 "Beşiktaş" kapitanı ilə müqavilə müddətini uzadıb  |     20:08 Həndbol üzrə Azərbaycan çempionatında iki oyun baş tutub  |     20:01 Sumqayıt sakini dəm qazından boğulub  |     19:55 Misirdə binanın uçması nəticəsində 10 nəfər ölüb  |     19:49 Ronaldinyo futbol tarixinin ən yaxşı oyunçusunun adını açıqlayıb  |    

Brilliant Dadaşova: "Rasim Balayev məni məyus etdi"

Xalq artisti Brilliant Dadaşova Rasim Balayevə irad bildirib.

Median.Az
xəbər verir ki, bu barədə Brilliant Dadaşova axsham.az-a danışıb.

"Rasim Balayevin başımızın tacı, dəyərli aktrisamız Şəfiqə Məmmədovanın ünvanına söylədikləri məni məyus etdi. Rasim Balayev kimi dəyərli aktyorlarımız azdır. Bəlkə bu sözləri söylədikləri zaman ruh halı yaxşı olmayıb. Şəfiqə Məmmədova 30 il səhnədə olub, 50 ildir oranı tərk edib. 80 yaşı olduğunu düşünsək belə hesablar düz gəlmir, 1 yaşından səhnəyə çıxmayıb ki? Nəsimi filmində "Səni bu hüsnü-camal ilə, kamal ilə görüb, qorxdular haqq deməyə, döndülər insan dedilər” deyən aktyor heç bir xanım haqda belə sərt danışmaz. Şəfiqə xanım universitetdə müəlliməm olub. Onun haqda yazılanları oxuyanda bildim ki, o, heç kimə cavab verməyəcək. Şəfiqə xanım mərd, sözün düzünü deməyi bacaran xanımdı. Mən də bunu ondan öyrənmişəm. Onu həmişə Sofi Lorenə bənzətmişəm. Amma biz onu dünyaya çıxarda bilmədik. Halbuki səhnə mədəniyyəti və aktrisalıq qabiliyyəti ondan çox yüksəkdir. Şəfiqə Məmmədova gücdür, qüvvədir. Pərdə arxasında olsa belə mədəniyyətimiz və tariximiz üçün çox iş görür” deyə, Dadaşova söyləyib.

Qeyd edək ki, Rasim Balayevlə Şəfiqə Məmmədova arasında olan qalmaqal incəsənət və mədəniyyət nümayəndələrinin Prezidentlə görüşündən sonra baş tutub.//qaynarinfo.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 865 08.03.19 22:56