Xalq artistinadən Nəsimi ilə bağlı SƏRT SÖZLƏR: “Ağlınızı başınıza yığın…” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:05 Günəşdə güclü parltlayış baş verib  |     21:47 Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ  |     21:35 İsrail ordusu 24 saat ərzində Livanın cənubundan çəkiləcək  |     21:25 Ermənistanın hərbçisinin güllələnmiş meyiti tapıldı  |     21:18 ATU-nun laboratoriya müdiri VƏFAT ETDİ  |     21:12 "Bakubus" sürücüsü piyada keçidində məktəblini VURUB ÖLDÜRDÜ: HƏBS EDİLDİ  |     21:05 Ankarada saxta spirtli içkidən ölənlərin sayı 54-ə çatıb, 40 nəfər reanimasiyadadır  |     20:59 Ötən il Azərbaycanda 102 min 310 nəfər doğulub, 58 min 909 nəfər ölüb  |     20:53 2024-cü ildə nikahlar azalıb, boşanmaların sayı dəyişməyib  |     20:49 Azərbaycan əhalisinin sayı açıqlanıb  |     20:44 Pakistan Baş nazirinin Azərbaycana səfərinin tarixi müəyyənləşib  |     20:36 AFFA “İmişli” klubuna xəbərdarlıq edib  |     20:31 Bakının 4 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işi açılıb  |     20:25 Sabah Biləcəri qəsəbəsinin bir küçəsində qaz olmayacaq  |     20:20 Türkiyədə universitetə silahlı hücum olub, ölənlər və yaralananlar var  |     20:13 "Beşiktaş" kapitanı ilə müqavilə müddətini uzadıb  |     20:08 Həndbol üzrə Azərbaycan çempionatında iki oyun baş tutub  |     20:01 Sumqayıt sakini dəm qazından boğulub  |     19:55 Misirdə binanın uçması nəticəsində 10 nəfər ölüb  |     19:49 Ronaldinyo futbol tarixinin ən yaxşı oyunçusunun adını açıqlayıb  |    

Xalq artistinadən Nəsimi ilə bağlı SƏRT SÖZLƏR: “Ağlınızı başınıza yığın…”

“Bir klassiki təhqir etmək, onun dahiliyini aşağılamaq hələ heç kimə nüfuz gətirməyib. Qızım, əgər hələ azərbaycanlılığınızdan çıxmamısınızsa, ağlınızı başınıza yığın”.

Median.az
xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova instaqram səhifəsində dahi şair İmadəddin Nəsiminin qəzəlini hind mahnıları tərzində ifa edən Afət Fərmanqızı haqqında yazıb. O, A.Fərmanqızının videosunu instaqramda paylaşaraq onun ünvanına kəskin ittihamlar səsləndirib:

“Reytinq, qazanc, toy xətrinə sənəti, milli-mənəvi dəyəri bu qədər heç edib millətin zövqünə, fikir, fəlsəfə tarixinə və onun əsrlərdir qoruduğu poeziyasına, ədəbiyyatına, musiqisinə xələl gətirmək, təpik atıb ayaq oynatmaq, hörmətsizlik etmək olmaz. Buna heç kimin ixtiyarı yoxdur! Dinləyicilərə isə bir tövsiyəm var: Övladlarım, pis mahnıya ikinci dəfə qulaq asmayın. Çünki birdən o pis zövqə alışarsınız".

Xatırladaq ki, adıçəkilən ifaçının Nəsiminin qəzəlini hindsayağı oxuması Xalq artisti Rasim Balayevi də özündən çıxartmışdı.

"Sənətdə başsızlıq tüğyan edir. Yaxşı ki çırtmayla Nəsimini oxumurlar, meyxanaya döndərmirlər. Hər kəs hər şey eləyə bilər artıq. Qoruq yox, qaytaq yox. Kim nə bilir, onu eləyir. Ağlına və ağzına gələni ortaya qoyur. Səviyyəsiz adamlar nə istəyirlər eləyirlər. Gərək bir qayda-qanun ola. Çox adamın ağlından çox fikir keçir. Amma bunu efirə buraxmamaq lazımdır. Hər şey efirə çıxmamalıdır. Bunlar isə ucuz, reytinqə işləyən nə olursa, buraxırlar efirə, milləti də bədbəxt edirlər. Belə şeyləri efirə buraxmaq olmaz axı. İndi deyirsiniz ki, hind mahnısı üzərində Nəsiminin qəzəlini oxuyublar. Vaxt gələcək çırtmayla da oxuyacaqlar, meyxanayla da. Açıq qapıdır, hərə bildiyini eləyir” , - deyə R.Balayev bu barədə bildirmişdi.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 100 28.01.19 19:47