Kristina Aqilera "Baku Crystal Hall"da - FOTOLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:06 “Apple” planşet istəyənlərə PİS XƏBƏR: Təkmilləşdirilmiş ekran olmayacaq  |     22:59 Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü  |     22:52 Bu il hər addımda şanslı olacaq BÜRCLƏR  |     22:44 “Apple” çoxdan gözlənilən cihazları mayda nümayiş etdirəcək  |     22:39 Ana 3 yaşlı qızını caduya görə öldürdü  |     22:31 Bakının bu rayonunda bu gecədən qaz kəsiləcək  |     22:26 İmişli-Biləsuvar yolunda “Prado” aşıb, ölənlər və xəsarət alanlar var  |     22:15 Elektron siqaretlərlə bağlı xəbərdarlıq – “Xərçəngə səbəb olur”  |     22:08 Əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək  |     22:02 Pilləkənlərlə qalxmaq ömrü uzadır  |     21:55 Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir? – AÇIQLAMA  |     21:49 Avtobusların arxasında “gizlənən” sürücülər - VİDEO  |     21:37 Moskva aeroportunda partlayış təhlükəsi elan edilib  |     21:31 40 azn rüsumu olan sağlamlıq arayışı mayın 1-dən kimlərə pulsuz veriləcək? - VİDEO  |     21:18 İstirahət günü hava necə olacaq?  |     21:01 ABŞ Gürcüstana qarşı siyasətində dəyişiklik edəcəyini açıqladı  |     20:55 Cəlilabadda minik avtomobili yanıb  |     20:46 Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var  |     20:38 Azərbaycanda geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrini özəlləşdirməyə icazə verilib  |     20:31 Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb  |    

Kristina Aqilera "Baku Crystal Hall"da - FOTOLAR

Aprelin 28-də Formula 1 Azərbaycan Qran-Prisinin ikinci gününün həyəcanlı və maraqlı anlarından sonra azarkeşlər axşam saatlarında yenidən “Baku Crystal Hall”a toplaşıblar.
Median.Az xəbər verir ki, Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turundan sonra məşhur müğənni Kristina Aqilera Bakıda səhnəyə çıxıb. “Baku Crystal Hall”da öz hit mahnılarını səsləndirən müğənni tamaşaçılara unudulmaz anlar yaşadıb.
Bəstəkar və aktrisa kimi də tanınan Kristina Aqileranın 7 albomu dünyada ümumilikdə 43 milyondan çox tirajla satılıb. Valehedici səsi və möhtəşəm vokal ifaları ilə sevənlərini heyrətləndirməyə davam edən müğənni 6 “Grammy” mükafatına layiq görülüb. Onun 4 mahnısı “Billboard”ın ən çox dinlənilən 100 ifası sırasında ilk yerləri tutub. Bundan başqa, Kristina Aqilera Elton Con, Toni Bennet və Andrea Boçelli kimi bir çox məşhurlarla sıx əməkdaşlıq edib.
Sonra səhnəyə məşhur DJ qrupu “Axwell Λ Ingrosso” çıxıb. İsveçin ən məşhur elektronik rəqs musiqisinin sevilən nümayəndələrindən olan DJ-lər Axwell və Ingrosso Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günündə tamaşaçılara əsl əyləncəli gecə təqdim ediblər.
 




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 545 30.04.18 11:52